Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada dəhşətli qəza: iki nəfər öldü

CƏMİYYƏT

186

13.05.2024, 21:07

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan OXU24-a verilən məlumata görə, Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.