Qaynar xətt:

(+99450) 247 90 86

Şirvan sakinindən heroin, marixuana və həb götürüldü - FOTO

KRİMİNAL

178

07.06.2024, 11:14

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüsal Muradov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun idarə etdiyi nəqliyyat vasitəsinə və yaşadığı ünvana baxış zamanı külli miqdarda heroin və marixuana, eləcə də narkotik tərkibli həblər aşkarlanıb.

Araşdırmalar zamanı V.Muradovun narkotik vasitə və həbləri sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.