Qaynar xətt:

(+99450) 247 90 86

Gürcü deputat əsgərlərimizi təhqir etdi

CƏMİYYƏT

1020

27.04.2019, 19:26

  Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən Keşikçidağ məbədi (gürcü tərəfi həmin tikilini Gereci kilsəsi adlandırır) ətrafında yaranan qalmaqal getdikcə böyüyür. Oxu24.com  xəbər verir ki, bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməkdən belə çəkinməyib. Belə ki, müxalif Liberal Partiyasının sədri Şalva Natelaşvili sərhədçilərimizə səslənərək belə deyib: "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar.Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".