Nazirlər Kabineti qərar verib
19 Mart 2025, 15:56
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
894
02.11.2019, 17:24
Qadınların səlahiyyətlərinin artırılması ilə bağlı qeyri–hökumət təşkilatlarının apardığı işlər son illər seçkilərə namizəd kimi qatılan qadınların sayının artması ilə nəticələnib.
Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində hazırlanıb.
“Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilovanın dediyinə görə, layihə 9 regionda-Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazaxda həyata keçirilib. Layihənin əsas məqsədi gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Təlimlər zamanı lider qadınlar seçilib, onlarla iş aparılıb. Layihə çərçıvəsində yerli özünüidarəetmədə təmsil olunan lider qadınların böyük şəbəkəsi yaradılıb. 300 nəfərdən çox insan arasında sorğu aparılıb, maarifləndirici videoçarx hazırlanıb.
Noyabrın 22-də Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olacaq. Burada 100 qadın namizəd və hər birinin 100 qadın müşahidəçisi təlimlərə cəlb olunacaq.
Lyudmila Xəlilova deyir ki, bələdiyyə qanunvericiliyində müəyyən dəyişikliklər olmalıdır:
“Məsələn, biz təklif edirik ki, bələdiyyələrdə mütləq beş daimi əsas komissiya ilə yanaşı gender məsələləri üzrə komissiya da olsun. Dünya 2030-cu ilə qədər Dayanıqlı Inkişaf Məqsədlərinə (DIM) imza atıb. Dövlətimiz bununla bağlı BMT-yə artıq ikinci hesabatını təqdim edib. DİM-in beşinci məqsədi bilavasitə gender bərabərliyini nəzərdə tutur. Və onun doqquz hədəflərindən biri məhz idarəetmədə qadın təmsilçiliyinin və bərabər imkanlarının təmin olunmasıdır. Bununla yanaşı, DİM-in 17 hədəfindən 12-sinin gender indikatoru olmadan icrası mümkünsüzdür. Bu, bir fəaliyyət gündəliyidir. Yeni formalaşan bələdiyyələr də bunu nəzərə almalıdırlar. Hesab edirəm ki, kifayət qədər bilikli, bacarıqlı qadınlar var və onlar bələdiyyədə təmsil olunmalıdırlar”.
Bəs layihənin iştirakçıları olan lider qadınlar necə düşünürlər? Biz bir neçə xanımla görüşdük və onların uğur hekayələrini dinləməkdə maraqlı olduq.
Leyli Tahirova: “Bələdiyyyələr əhaliyə ən yaxın qurumdur”
Gənc olmasına baxmayaraq, Leyli Tahirovanın artıq maraqlı həyat hekayəsi var. Onu vərəqləyəndə bir-birini əvəz edən uğurlu əmək fəaliyyətini görürük. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əvvəl “Azərsu” Səhmdar Cəmiyyətində, sonra Binəqədi Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib. Hazırda sədrin sosial məsələlər üzrə müavinidir.
Leyli xanımın dediyinə görə, qadın, məktəbli və tələbələrlə iş aparır, adamların müsabiqə yoluyla bələdiyyə qulluğuna gəlməsinə nəzarət edir. O, çalışdığı qurumda bələdiyyə qulluğunun müsabiqə komissiyasının sədridir:
“Sosial məsələlərin əhatə etdiyi bütün sahələr məni maraqlandırır. Bələdiyyədə təcrübə keçmək istəyən tələbələrlə six işləyirik. Əslində bələdiyyənin kiçik müəssisələri olmalıdır. Bu halda qanunvericiliyə uyğun olaraq mənfəət vergisi bələdiyyənin özündə qalır, bu vəsait isə seçicilərin sosial problemlərinin həllinə yönəldilə bilər. Ola bilsin ki, Bakıda bir və ya iki bələdiyyənin öz müəssisələri var. Amma bizim bələdiyənin belə müəssisəsi yoxdur. Bu gün bələdiyyəmizin büdcəsi imkan vermir ki, iri həcmli işlər görək. Buna baxmayayaraq, az büdcə ilə də olsa daha çox maarifləndirici mövzularda kiçik layihələr həyata keçiririk. Çalışırıq ki, hazırda gündəmdə olan proqramlardan, ölkədə aparılan siyasətdən kənarda qalmayaq. Bələdiyyənin iş planına uyğun olaraq, öz səlahiyyətlərimizi həyata keçiririk. Maraqlıyıq ki, məktəbliləri də maarifləndirici tədbirlərə qataq. Bu tədbirlərin xərcinin bir hissəsi bizim büdcəmiz hesabına qarşılanır”.
Bələdiyyəyə namizədliyi irəli sürüləndə Leyli xanım bu məsuliyyətli işə hazır idi:
“Universitetdən sonra, 2007-2009-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” şöbəsində təhsil aldım. Təhsilimi uğurla başa vurdum və və əlbəttə ki, həm iddialı idim, həm də bu sahədə işləməkdə maraqlı idim. O vaxt nəzəri biliklərim vardı və bütün problemlər barədə məlumatlıydım. Bir gənc kimi seçki kampaniyası çərçivəsində çıxışlar edirdim. Gələcəkdə seçiləcək həmkarlarımla komanda olaraq problemləri həll etməyin arzusunda idim. Bu fəaliyyətə az da olsa öz töhfəmi vermək istəyirdim. İstəyim, marağım, iddiam məni seçkilərə, sonra isə bələdiyyəyə gətirdi”.
III çağırış bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə 4 nəfər qadın seçilmişdi. Onların arasında ən gənci Leyli idi. 4-cü çağırışda həmin qadın bələdiyyə üzvlərinin sayı 7 nəfərə çatdı.
Həmçinin oxuyun
Afət Aslanova: “Haqsızlıq olan yerdə haqqın tərəfində durmaq lazımdır”
Aslanovlar ailəsi 1988-ci ildə Qarabağ hadisələri ilə bağlı Qərbi Azərbaycanın Qafan rayonundan Azərbaycana gəlib, Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşanda Afətin 10 yaşı vardı. O, burada orta təhsilini başa vurdu, Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra qəsəbədəki 2 saylı orta məktəbdə müəllim kimi çalışmağa başladı. 2014-cü ildə Bələdiyyə seçkilərində səs toplayaraq bələdiyyə üzvü seçildi. Afət Aslanova hazırda Mehdiabad bələdiyyəsinin sədr müavinidir.
Əksəriyyət Afət xanımı xasiyyətcə nikbin və fəal qadın kimi tanıyır. Beynəlxalq və yerli təşkilatların layihələrinə isə bələdiyyəyə seçiləndən sonra qatılıb. Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dayaq mentorluq layihəsində iştirak edib, sertifikatlar alıb. “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələrdə öz sözünü deyib. Bu layihələr çərçivəsində Gürcüstanda, ötən il isə “Türk dünyası” Bələdiyyələr Birliyinin xətti ilə bələdiyyə üzvü olan 11 xanımla birgə Türkiyədə təcrübə proqramlarında olub.
Afət xanım cəmiyyətdə gender bərabərliyinin həllində qadınların rolunun zəif olduğunu deyir: “Mən deməzdim ki, biz qadınlar çox fərqliyik. Sadəcə mənim digər qadınlardan üstünlüyüm onda ola bilər ki, mənə heç bir tərəfdən təzyiq olmayıb. Ailəm məni həmişə dəstəkləyib. Elə aktiv xanımlar var ki, ailəsi ona müəyyən qadağalar qoyur, hətta onu cəmiyyətdən təcrid etməyə çalışır. O xanımlar da hüquqlarını müdafiə etmək əvəzinə, vəziyyətlə barışırlar. Amma həyatda “bacarmıram” deyilən bir şey yoxdu. İnsan istəsə, qarşısına məqsəd qoysa, hər şeyi bacarar. Düşünürəm ki, qadın bütün çətinlikləri, maneələri öz ağlı, gücü və savadıyla dəf edə bilər. Çünki hər bir qadın istəsə aktiv ola bilər”.
Müsahibimizin fikrincə, cəmiyyət bilərəkdən qadınları mental məngənədə sıxır. Bütün sahələrdə qadınlara qarşı ayrı-seçkilik, hüquqlarının pozulması hallarına rast gəlinir. Lakin əlində səlahiyyət olan qadınların imkansız, təhsilsiz, evdar xanımlara diqqət ayırması onların da inkişafına yol açar. Bununla da ailədaxili zorakılıq hallarını, qanunsuz qadağaları, mentalitetin yaratdığı stereotipləri aradan qaldırmaq mümkündür: “Əksər qadınlar öz hüquqlarını bilmirlər. Biz onlar arasında maarifləndirici tədbirlər həyata keçiririk. Amma stereotiplər ailədən gələndə onları aradan qaldırmaq o qədər də asan olmur. Təbii ki, ailələrlə söhbət aparmaq çox yaxşı təşəbbüsdür. Bəzən başa salmağa çalışırsan, danışırsan. Kimsə başa düşür, dediklərimizi dəyərləndirir. Baxırsan ki, xanım yavaş-yavaş cəmiyyətdə özünə mövqe tuta bilir. Amma elə ailələr də var ki, kişi həyat tərzində, davranışında dəyişiklik etməyə meyilli deyil. Bu da ən çox təhsilsiz ailə üzvləri arasında baş verir. Təhsilsizlik həmişə ailədə problem yaradır. Çünki, təhsilli adam ən azından səni normal şəkildə dinləyir, söhbət əsnasında dediklərini anlayır, səni başa düşür. Təhsilsiz kişi isə çox ambisiyalı olur. Elə qısqanclıq da bu səbəblərdən başlayır”.
Afət xanım bəzən icra orqanlarında təklif olunan işlərə xanımların getmək istəməməsi və təmsilçilikdən imtina etməsinə də münasibətini bildirdi. Onun dediyinə görə, burda bir neçə səbəb ola bilər. Səbəblərdən biri kimi o, ailə üzvlərinin qadının ictimaiyyətlə işləməsini qəbul etmədiyini göstərir: “Bu yenə stereotiplərə söykənir. Ən başlıcası isə düşünürəm ki, qadınlar öz güclərinə inanmırlar. Bəzən düşünürlər ki, hansısa vəzifəyə gedərəm, işə başım qarışar, ailəmə qayğım azalar. Ya da mənə tapşırılan işin ohdəsindən gələ bilmərəm. Onları mütləq təlimlərə cəlb etmək lazımdır. Əvvəllər təlimlərə qədər mən də sözümü deməyə utanır, çəkinirdim. Amma təlimlər mənə çox şey öyrətdi. Bu bir növ praktikadı. İnsan özünə daha çox güvənir. “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila xanımın bu sahədə gördüyü işlər böyükdür. Onun təlimlərindən sonra biz çox şeyə nail olduq. Hüquq və vəzifələrimizi, sözümüzü deməyi, səsimizi eşitdirməyi, qadın həmrəyliyinin vacibliyini öyrəndik. Vətəndaş haqqını tələb edirsə, hamılıqla onu müdafiə etməli, dəstəkləməliyik. Azəəərbaycan hökumət qadınların ictimai, siyasi və social sahələrdə fəaliyyətinin dəstəkləmək üçün islahatlar həyata keçirirsə, o zaman qadınlar da öz haqlarını tələb etməlidirlər. Bütün bunlar mənim özümə inanmağıma, bələdiyyə seçkilərinə getməyimə əsas verdi”.
Afət xanım deyir ki, hər bir insan özlüyündə bir liderdir və bütün qadınlar güclü liderlik xüsusiyyətlərini inkişaf etdirməlidirlər: “Bu, insanın özünün içindən gəlməlidir. Bizim gözəl qanunvericiliyimiz, inkişaf üçün şərait və imkanlarımız var. Hərdən bu el məsəlini xatırlayıram: “Quyuya su tökməklə, quyu sulu olmaz”. Təəssüf ki, xanimlarımız mübarizə aparmaqdan ehtiyat edirlər. Yəqin onlar ailədə yaranacaq söz-söhbətdən və yaxud boşanmadan qorxurlar. Bəzən onlar ailədə daha fəal olur, amma cəmiyyətdə sakit davranış sərgiləyirlər. Qadın əmək haqqını alıb, son qəpiyinə kimi həyat yoldaşına verir və bu haqda çox normal şəkildə danışır. “O evin kişisidir, belə olmalıdır”- yanaşmasını qəbul etmirəm. Mən başa düşürəm ki, ailə büdcəsi deyilən bir şey var. Amma düşünürəm ki, belə xanımlar ərləri tərəfindən istismar olunur. Çünki, qadının özünün təlabatını ödəmək üçün ona da müəyyən məbləğdə vəsait lazımdır”.
Öyrəndik ki, Mehdiabad Bələdiyyəsinin ərazisində 40 minə yaxın əhali var və onların arasında boşanmış qadınlara da çox rast gəlinir. Bəs Afət xanım belə halların qarşısının alınması üçün nə edə bilir?
Müsahibimiz ailənin dağılmasının müxtəlif səbəblərdən baş verdiyini izah edir: “Görəndə ki, hansısa qadına qarşı haqsız davranırlar, xanımı dəstəkləyirəm. Bəzən ər başqa dövlətdə işləyib, ailəsinə pul göndərir. Xanımlar həyat yoldaşlarının evə az pul gətirməsinə qarşı dözümsüz olurlar. Bəzən də qadın evdə əri və yaxud qaynanası tərəfindən döyülür, ailədaxili zorakılığın qurbanına çevrilir. Amma ictimai qınaqdan çəkinərək bu haqda heç nə danışmır. Təbii ki, belə xanımların maariflənməyə çox ehtiyacları var. Fikrimcə, kişiləri də seminarlara cəlb edib, onları da maarifləndirmək lazımdır. Qadınların əks cins nümayəndələri tərəfindən qarşı istər psixi, istərsə də fiziki zorakılığa məruz qalması yolverilməzdir. Qadınlarla işləyən təşkilatlar çoxdu. Məncə, kişilərə hüquq və vəzifələrini başa salacaq layihələr də həyata keçirmək lazımdır. Az da olsa, kişilərin də ailədaxili zorakılığa məruz qalması hallarına rast gəlirik. Onun da müdafiəsini təşkil etmək lazımdır (gülür). Haqsızlıq olan yerdə haqqın tərəfində durmaq lazımdır”.
Afət xanımın Türkiyə və Azərbaycan bələdiyyələrinin müqayisəsi barədə fikirləri də maraqlıdır: “Azərbaycanda ən ucqar kənddə belə məktəb var. Amma Türkiyədə təhsili olmayan müxtəlif yaşlı insanlar var və bələdiyyələrin nəzdində onlara yazmaq və oxumağı öyrədən kurslar təşkil olunub. Bizdən fərqli olaraq, Türkiyədə uzun illik bələdiyyə sistemi var. Orda bütün səlahiyyətlər bələdiyyələrdədi. Ərazinin kommunal xidmətlərindən tutmuş polisinə kimi hər şey bələdiyyənin əlindədir. Onun büdcəsi də çox yüksəkdi. Biz Türkiyə ilə müqayisədə hələ çox geridəyik. Bizdə bələdiyyə gəncdir. Cəmi 20 yaşı var. Zamanla bizdə də bələdiyyəyə bütün səlahiyyətlər veriləcəksə, biz də onlar kimi olacağıq. Gördüklərimizi burda tətbiq etməliyik. Amma biz hələ o səviyyəyə gəlib çıxmamışıq. Türkiyədə xoşuma gələnlərdən biri də o idi ki, evdar xanımların əl işləri görməsi üçün yer açılıb. Orda xanımlar toxuyur, dərzilər paltarlar tikir, kimi muncuqlardan aksesuarlar, bəzək əşyaları hazırlayırdı. Sonra onlar bələdiyyə bazarında satılır və heç bir faiz tutulmadan satılan malın pulu xanımlara verilir. İnanıram ki, gələcəkdə bizim bələdiyyələrdə də belə kiçik müəssisələr açılar. Hətta mən bu təklifi öz bələdiyyəmizdə vermişəm. Çünki bizdə də qabiliyyətli, gözəl əl işləri olan evdar xanımlar var. Onlar bu yolla həyat şəraitlərini yaxşılaşdıra bilərlər”.
Dekabrin 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Afət xanımın da namizədliyini dəstəkləyib. A.Aslanova inanır ki, bu dəfə də seçicilərinin etimadını döğruldacaq: “İnsanların etimadını qazanmaq lazımdır. Əgər bu beş ildə sən özünü doğrultmusansa, seçicilərin üçün nələrisə etmisənsə, onun hansısa bir yarasına sarğı olmusansa, müraciətinin qeydinə qalmısansa, heç sən demədən seçici özü gəlib sənə səs verəcək. İnanıram ki, seçicilərim bu dəfə də gəlib mənə səs verəcəklər”.
Yeganə Nəbiyeva
“Mingəçevir işıqları” qəzetinin redaktor müavini.
16:23 / 19 Mart 2025
TƏCİLİ! Hərbçilərimiz qar uçqununa düşüb
1
16:22 / 19 Mart 2025
Putin Baş Prokurorluğun əsas vəzifəsini açıqlayıb
2
15:56 / 19 Mart 2025
Nazirlər Kabineti qərar verib
259
15:53 / 19 Mart 2025
Politico: Trampın yaxın ətrafı Zelenskinin əleyhdarları ilə gizli danışıqlar aparıb
20
15:51 / 19 Mart 2025
Müəllimlərə maaşlarla bağlı xəbər
25
15:48 / 19 Mart 2025
Medvedev Ukrayna üzrə dialoqun təmin edilməsində əsas rolu ABŞ-a həvalə edib
27
15:43 / 19 Mart 2025
Quş qripi bu məhsulda sağ qalırmış - FOTO
30
15:20 / 19 Mart 2025
Ramazan tədbirində bədbəxt HADİSƏ - Yaralılar var - VİDEO
33
15:01 / 19 Mart 2025
Üzeyir Mehdizadənin qayınatası görün kim imiş
968
14:59 / 19 Mart 2025
İran Əxlaq Polisini ləğv edəcək
45
14:54 / 19 Mart 2025
Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə nələr ola bilər?
61
14:30 / 19 Mart 2025
"Azneft"də quraşdırılan stəkan tənqid olundu — FOTO
195
14:27 / 19 Mart 2025
Çin Tramp-Putin danışıqları haqqında nə deyib?
52
14:25 / 19 Mart 2025
Zelenski müharibənin necə bitəcəyi haqqında danışıb
59
14:21 / 19 Mart 2025
Qızıl unitaz oğurlandı
59
14:01 / 19 Mart 2025
Ağır qəza baş verib: Ölənlər var
549
13:57 / 19 Mart 2025
Moldovalı deputat Rusiya vətəndaşlığını qəbul edib
59
13:54 / 19 Mart 2025
Bu göyərtini - Hər gün yeyin FOTO
57
13:51 / 19 Mart 2025
Britaniya xüsusi təyinatlıları Ukrayna üzərində həyəcan təbili çalıb
63
13:26 / 19 Mart 2025
ABŞ məhkəməsi Trampa qarşı çıxdı
65
13:20 / 19 Mart 2025
Qərb ABŞ-ın bir qərarı ilə Rusiyanın qalib gələcəyini bəyan etdi
82
13:18 / 19 Mart 2025
Prezident sərəncam imzaladı
66
13:10 / 19 Mart 2025
"Aztelekom"da kadr dəyişikliyi olub
85
12:49 / 19 Mart 2025
SON DƏQİQƏ! Kəmaləddin Heydərov mühüm əmrlər imzaladı
599
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.