Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Ermənilər Azərbaycan səfirliyinə hücum etdi - FOTO

SON DƏQİQƏ

732

22.07.2020, 20:12

Bir qrup erməni Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

OXU24.COM  xəbər verir ki, aksiya zamanı ermənilər Azərbaycan səfirliyinə daxil olmağa cəhd edib.

Məlumata görə, Niderland polisi su şırnağı ilə erməniləri ərazidən uzaqlaşdırıb.

Bu gün Belçika Krallığının Brussel şəhərində Azərbaycanın Belçikadakı səfirliyinin önündə soydaşlarımız ermənilərə qarşı aksiya keçirib.

Aksiyaya müxtəlif ölkələrdən Niderlanddan, Almaniyadan soydaşlarımız qoşulub. Polis səfirliyin önündə gücləndirilmiş qaydada çalışsa da, buraya gələn ermənilər aksiyada iştirak edən azərbaycanlılara hücum edib.

Qarşıdurma zamanı ermənilər REAL-ın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına daşla ciddi xəsarət yetiriblər.