İnsan gecə yatmasa nə olar? - Maraqlı fakt
08 May 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1093
06.11.2022, 22:57
Qasımov İsgəndər Hacı bəy oğlu 1917-ci ildə Ağdamın Novruzlu kəndində anadan olmuşdur. O, 1930-35-ci illərdə kənddə ilk fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində, sonra isə Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirsə də, oranı qutara bilməyib. çünki 1938-1939-cu illərdə Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərovla sovet-fin mübaribəsinə yollanıb. Fin müharibəsindən yaralanıb qayıtdıqdan sonra - 1941-45-ci il İkinci Dünya müharibəsində iştirak edib. Cəbhədə yaralanan İsgəndər doğma kəndi Novruzluya qayıdıb.
İsgəndərin əsl adı İngilis idi. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İsgəndər qoydu və vətəndən uzaqlara - Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan Sona xanımla evlənir. İki oğlu və iki qızı dünyaya gəlir. 1948-ci ildə İsgəndər respublikadan kənarda olanda, bədbəxt hadisə - zəlzələ olur, təcili Aşqabada qayıdır, şəhəri xarabazar görür, evini, ailəsini axtarsa da tapa bilmir. Sən demə uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparırlar. İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə - Novruzluya qayıdır.
Başına müsibətlər gələn İsgəndər kənddə darıxırdı. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İsgəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir.
Ailəsini itirmiş İsgəndər, həmyerlisi olan bir qıza aşiq olur. Lakin qızın ailəsi onların izdivacına razı olmur. Hamı və hərkəsdən küsən İsgəndər özünə qapanır.Bir gün İsgəndər məktəbə gələndə söhbətində dedi ki, "Qarabağın maralı" adlı - sözləri də, musiqisi də özünün olan bir mahnı yazıb. O, "Qarabağın maralı" mahnısını zümzümə etdi. Mahnı hamının xoşuna gəldi.
Həmçinin oxuyun
18:38 / 08 May 2026
9
18:29 / 08 May 2026
24
18:19 / 08 May 2026
135
18:05 / 08 May 2026
134
17:55 / 08 May 2026
100
17:45 / 08 May 2026
43
17:35 / 08 May 2026
37
17:25 / 08 May 2026
37
17:15 / 08 May 2026
356
17:10 / 08 May 2026
47
16:56 / 08 May 2026
284
16:42 / 08 May 2026
88
16:40 / 08 May 2026
48
16:37 / 08 May 2026
53
16:32 / 08 May 2026
60
16:24 / 08 May 2026
897
16:22 / 08 May 2026
139
16:06 / 08 May 2026
79
16:04 / 08 May 2026
68
15:56 / 08 May 2026
165
15:43 / 08 May 2026
52
15:29 / 08 May 2026
223
15:21 / 08 May 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.