Qaynar xətt:

(+99450) 247 90 86

Patriot Varşava üzərində səmanı qorumağa başladı

DÜNYA

164

07.02.2023, 20:12

Polşanın ötən il ABŞ-dan aldığı “Patriot” zenit-raket kompleksləri hərbi təlimlər çərçivəsində Varşavada yerləşdirilib.

Oxu24.com xəbər verir  ki, Associated Press Polşa Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Varşavanın Bemovo hava limanında ən azı üç buraxılış qurğusu aşkar edilib.

Qeyd olunur ki, Polşa Ukraynada Rusiya müharibəsinin yaxınlaşan birinci ildönümü fonunda müdafiə potensialını gücləndirmək üçün əlavə tədbirlər görür.

“Patriot” hava hücumundan müdafiə sistemləri Polşanın ABŞ, Cənubi Koreya və digər ölkələrdən çoxmilyardlarla dollarlıq silah alışının bir hissəsidir.

Polşa həmçinin ölkənin şərqində hava hücumundan müdafiəni gücləndirmək üçün Almaniyadan Patriot sistemləri alıb.

 

Tərcümə: Miri Məcidli