Qaynar xətt:

(+99450) 247 90 86

Fələstin tərəfi açıqlama yaydı

DÜNYA

218

11.10.2023, 15:26

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində yaralananların ən azı 60%-i qadın və uşaqlardır.

Oxu24.com xəbər verir ki, departamentin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində  dərc olunmuş bəyanatında deyilir.

“Qəzzada qurbanların ən azı 60%-i qadın və uşaqlardır”, -  deyə nəşr yazır.

Nazirlik digər təfərrüatları açıqlamır. Bu, yaralıların indiki vəziyyətinə də aiddir.

Oktyabrın 7-də Həmas qüvvələri İsrailə hücum edərək, onun istiqamətində bir neçə min raket atıblar. Eyni zamanda, təşkilatın nümayəndələri Əl-Əqsa tufanı əməliyyatının başladığını elan ediblər.

Bundan sonra İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib. Öz növbəsində baş nazir Benyamin Netanyahu Təl-Əvivin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Müəllif:Nigar