Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda ağır qəza: Yaralılar var

REDAKTORUN SEÇİMİ

223

24.02.2024, 14:10

Bakı-Quba yolunun Sumqayıtdan keçən ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun xəbərinə görə, hadisə zamanı Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Bayramov Fikrət Xanoğlan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Məmmədov Əli Rza oğlunun idarə etdiyi "Kia" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü və sərnişini Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Namiq Əvəzxan oğlu xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.