Qaynar xətt:

(+99450) 247 90 86

Ramazan bayramında məktəblərdə qeyri-iş günləri açıqlandı

REDAKTORUN SEÇİMİ

962

03.04.2024, 18:20

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  Oxu24.com--a verilən məlumata görə, qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

 

 

6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

 

 

Miri