Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxdan dəhşətli xəbər gəldi: Ölən və tutulan var

REDAKTORUN SEÇİMİ

3192

07.04.2024, 08:57

Aprelin 7-də saat 03:00 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu24.com-a  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə, hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.