Qaynar xətt:

(+99450) 247 90 86

\"Tik-Tok\"da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

REDAKTORUN SEÇİMİ

237

30.05.2024, 20:18

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Oxu24.com- a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "Tik-Tok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

 

Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ