Qaynar xətt:

(+99450) 247 90 86

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib

REDAKTORUN SEÇİMİ

739

01.08.2024, 14:06

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.

 

Bu barədə Oxu24.com-a Lənkəran Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

 

Aktrisanın bu gün vəfat etdiyi qeyd olunub.

 

Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. O, burada yüzdən artıq rolu canlandırıb.