Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bazarda yanğın başladı

REDAKTORUN SEÇİMİ

1778

11.08.2024, 19:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a  verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.