SON DƏQİQƏ! General bu vəzifəyə təyin olundu
13 Dekabr 2025, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
729
11.12.2024, 16:30
“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.
Hüquq-mühafizə orqanları müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Müxtəlif növ ağacların məhv edilməsi nəticəsində isə təbiətə 8 milyon manatdan çox ziyan dəyib.
Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürədib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.
Həmçinin oxuyun
Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti də münasibət bildirib. Bununla bağlı paylaşımlara şərhlərdə reaksiya verən rəsmi qurumdan bildirilib ki, “Monte Ferro” MMC 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə torpaq icarə müqaviləsi bağlayaraq fındıq bağı salınması məqsədilə Şəki rayonunun Göynük meşəbəyliyi ərazisindən (Layısqı yolunun kənarında) 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb. Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. Qeyd edilib ki, 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir.
Qeyd edək ki, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.
Bu yaxınlarda “AQA Şirkətlər Qrupu”nun dövlət büdcəsinə 22 min manatdan çox vergi borcunun olduğu barədə məlumatlar da yayılıb.

12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.