Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur iş adamı niyə həbs edilib? - Ağac qalmaqalı

REDAKTORUN SEÇİMİ

626

11.12.2024, 16:30

“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Müxtəlif növ ağacların məhv edilməsi nəticəsində isə təbiətə 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.

Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürədib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.

Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti də münasibət bildirib. Bununla bağlı paylaşımlara şərhlərdə reaksiya verən rəsmi qurumdan bildirilib ki, “Monte Ferro” MMC 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə torpaq icarə müqaviləsi bağlayaraq fındıq bağı salınması məqsədilə Şəki rayonunun Göynük meşəbəyliyi ərazisindən (Layısqı yolunun kənarında) 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb. Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. Qeyd edilib ki, 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir.

Qeyd edək ki, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Bu yaxınlarda “AQA Şirkətlər Qrupu”nun dövlət büdcəsinə 22 min manatdan çox vergi borcunun olduğu barədə məlumatlar da yayılıb.

Digər xəbərlər

Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub 

18:48 / 16 May 2025

SİYASƏT

Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub 

1

Ölkəni silkələyən dəhşətli qətllə bağlı son xəbər: Elgünü kim öldürüb? – RƏSMİ  

18:20 / 16 May 2025

KRİMİNAL

Ölkəni silkələyən dəhşətli qətllə bağlı son xəbər: Elgünü kim öldürüb? – RƏSMİ  

306

“Bəzi televiziya kanalları milli ideologiyaya və ailə dəyərlərinə zidd məzmun yayır"  —  Millət  vəkili  Ceyhun  Məmmədovla MÜSAHİBƏ 

18:05 / 16 May 2025

MÜSAHİBƏ

“Bəzi televiziya kanalları milli ideologiyaya və ailə dəyərlərinə zidd məzmun yayır"  —  Millət  vəkili  Ceyhun  Məmmədovla MÜSAHİBƏ 

168

SON DƏQİQƏ! İclas bitdi,məlumatlar  Prezidentə veriləcək 

17:57 / 16 May 2025

SİYASƏT

SON DƏQİQƏ! İclas bitdi,məlumatlar  Prezidentə veriləcək 

228

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib

17:16 / 16 May 2025

SİYASƏT

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib

37

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı  

17:07 / 16 May 2025

İQTİSADİYYAT

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı  

33

Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər   —  Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir 

16:42 / 16 May 2025

HÜQUQ

Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər   —  Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir 

411

Baş nazir qərar imzaladı

16:11 / 16 May 2025

CƏMİYYƏT

Baş nazir qərar imzaladı

111

Eltisini evin mətbəxində əməliyyat edibmiş... 

15:41 / 16 May 2025

HÜQUQ

Eltisini evin mətbəxində əməliyyat edibmiş... 

317

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub 

15:36 / 16 May 2025

CƏMİYYƏT

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub 

62

Alimenti ödəməyənləri hansı cəza gözləyir?  —  Vəkil məsuliyyəti açıqladı 

15:18 / 16 May 2025

HÜQUQ

Alimenti ödəməyənləri hansı cəza gözləyir?  —  Vəkil məsuliyyəti açıqladı 

178

"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA 

14:38 / 16 May 2025

CƏMİYYƏT

"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA 

114