ВНИМАНИЮ граждан: в Азербайджане вводится новое пособие
13 Dekabr 2025, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1008
30.01.2025, 18:42
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən veriləcək.
Oxu24.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.
Həmçinin oxuyun
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
Qeyd edək ki, qüvvədə olan qaydaya əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilməli idi. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almal idilər.
15:00 / 15 Dekabr 2025
7
14:53 / 15 Dekabr 2025
83
14:48 / 15 Dekabr 2025
14
14:39 / 15 Dekabr 2025
26
14:19 / 15 Dekabr 2025
287
14:13 / 15 Dekabr 2025
158
14:11 / 15 Dekabr 2025
41
13:00 / 15 Dekabr 2025
676
12:42 / 15 Dekabr 2025
920
12:36 / 15 Dekabr 2025
52
11:45 / 15 Dekabr 2025
110
11:43 / 15 Dekabr 2025
63
11:11 / 15 Dekabr 2025
123
10:38 / 15 Dekabr 2025
251
10:34 / 15 Dekabr 2025
69
10:30 / 15 Dekabr 2025
76
10:15 / 15 Dekabr 2025
78
10:04 / 15 Dekabr 2025
100
09:43 / 15 Dekabr 2025
813
09:40 / 15 Dekabr 2025
71
09:38 / 15 Dekabr 2025
88
09:36 / 15 Dekabr 2025
84
09:11 / 15 Dekabr 2025
83
09:02 / 15 Dekabr 2025
729
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.