ВНИМАНИЮ граждан: в Азербайджане вводится новое пособие
13 Dekabr 2025, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1237
11.02.2025, 12:12
Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini əks etdirən bir çox bayramlar və mərasimlər vardır. Xalqımızın qədim tarixə malik olan və el arasında geniş yayılmış mərasimlərindən biri də Xıdır Nəbi (Xıdır İlyas) (yeni həyatın, yaşıllığın simvolu) adlanan mərasimdir.
Hər il fevral ayının 9-u, 10-u, bəzi regiyonlarda isə 14-ü, 15-i (Xızır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi adət-ənənələr və təntənəli şəkildə qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-sinə kimi olan kiçik çilləyə təsadüf edir.
Qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə - 40 gün sürən böyük çilləyə (22 dekabr - 31 yanvar) və kiçik çilləyə (1 fevral - 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanmışdır. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır.
Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi (Xızır İlyas) bayramı da çillə günlərinə təsadüf edir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir.Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “su, külək və havanın himayəçisi” kimi təqdim olunur. Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Xızırla bağlı bir neçə rəvayət vardır:
Rəvayətə görə, “Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini bir qarğalar gəlib içir. Qalanınıda çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayırlar, çinar ağacı da uzunömürlüdür”.
Digər bir rəvayətdə isə deyilir ki, “Qaranlıq dünyada bir bulaq axır, onun suyunu içən heç vaxt ölmür. Xızır o dirilik suyundan içdiyi üçün həmişə diridir və yaşayır. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi incitməyəsən. Xızırı kim görsə, ondan nə istəsə, yerinə yetirər”.
Ümumiyyətlə xalqda inam var ki, Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatmışdır. Buna görə də qışın ən çətin dövründə Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir.
Həmçinin oxuyun



Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru,Aytən Əhmədova
Oxu24.com saytı üçün
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.