ВНИМАНИЮ граждан: в Азербайджане вводится новое пособие
13 Dekabr 2025, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
585
11.03.2023, 15:08
Ölkəmizdə şabalıd çərəz və aşqaranın əvəzolunmaz inqridienti kimi məşhurdur. Buna görə də, xüsusən, bayramqabağı şabalıdın faydalarından danışmağı məqsədəuyğun hesab etdim.
Şabalıd digər növ çərəzlərdən zəngin tərkibi ilə seçilir. C vitamini, karbohidratlar, fol turşusuna malik olsa da, şabalıdın yağ və kalori dəyəri aşağıdır. Şabalıdın faydaları Bunlardır:
Antioksidantdır. Artıq bilirik ki, sərbəst radikallar hüceyrələrdə oksidativ stressə səbəb olur. Oksidativ stress isə xərçəngin, erkən qocalmanın, DNT xəsarətinin, immun xəstəliklərin təməlində dayanan amillərdəndir. Şabalıdın tərkibindəki antioksidantlar sərbəst radikalların orqanizmə xəsarət vurmağına mane olur.
Şabalıd mislə də zəngindir. Orqanizmdə mis çatışmazlığı hüceyrələrdə sərbəst radikalların daha sürətli hərəkət etmələrinə yol açır. Eyni zamanda, misin istehsalına kömək edən antioksidantların mənimsənilməsini çətinləşdirir. Mis çatışmazlığı selen, dəmir kimi elementlərin səviyyələrinə təsir edir; bunların hamısı orqanizmdə antioksidant aktivliyinin artmasında önəmli rol oynayır.
Şabalıdın tərkibindəki antioksidantlardan biri də sinkdir. Sink qocalmanı ləngidir. A və C vitaminləri toxumaları sərbəst radikallardan qoruyur. Meyvə fenol turşuları ilə zəngindir. Aparılan sınaqlar nəticəsində məlum olub ki, bu turşular aktiv antioksidant kimi çıxış edə bilirlər. Şabalıdda DNT-dəki mutasiyaların qarşısını alan, mövcud mutasiyaların inkişafına mane olan taninlər də var. DNT mutasiyalarının faciəvi nəticələri haqqında, yəqin ki, çox eşitmisiniz. Meyvədəki turşular pis xolesterolun səviyyəsini aşağı salır. Qısacası, şabalıdın tərkibindəki antioksidantlar orqanizmin müdafiəsində dayanır...
Hamilələrin və uşaqların sağlamlığına faydalıdır. Tibbi araşdırmaların birində aşkar edilib ki, şabalıdın tərkibindəki maqnezium düşük ehtimalını azaldır. Belə ki, hamiləlik dönəmində rasiona şabalıd daxil etmək ana ilə bərabər, dölün sağlamlığını da dəstəkləyir. Hamilə qadınların məruz qaldığı maqnezium çatışmazlığı uşağın orqanizmində metabolik sindromla nəticələnir. Şabalıddakı mis yeni doğulan uşaqların zehni inkişafında və sümüklərinin böyüməsində olduqca önəmlidir.
Ürək və qan damar xəstəliklərin yaranmasına izn vermir. Kalsium qaynağı olan şabalıd ürək xəstəliklərin əmələgəlmə riskini azaldır, mövcud halda isə müalicəvi təsir göstərir. Aparılan araşdırmaların biri maraqlı nəticələrlə yadda qalıb. Məlum olub ki, pəhriz proqramı çərçivəsində kalsium əlavəsi qəbul edən qadınların əksəriyyəti klimaksdan sonrakı dövrdə ürəyin işemik xəstəliyinə tutulmur. Bundan əlavə, araşdırmalar zamanı o da aşkar edilib ki, kalsiumla zəngin qidaların, xüsusən, şabalıdın müntəzəm qəbul edilməsi orta yaşlı qadınlarda, həmçinin, kişilərdə damar xəstəlikləri ehtimalını sıfıra endirir.
Şabalıd sümüklərin sağlamlığına dəstək olur. Şabalıd kalsiumla zəngin olmaqla bərabər, digər qidalardakı kalsiumun da mənimsənilməsi, parçalarnması, orqanlara daşınması baxımından orqanizmin köməkçisidir. Səbəb isə onun tərkibindəki digər bir element-maqneziumdur. Yəni, maqnezium olmasaydı, orqanizm kalsiumdan faydalana bilməzdi.
Şəkərli diabetin nəzarətdə saxlanmasına kömək edir. Şabalıddakı maqnezium insulin ifrazında önəmli rol oynayır. Əgər orqanizmdə maqnezium çatışmazlığı olarsa, nəticədə insulin həssaslığı meydana çıxır. İnsulin həssaslığının ardınca isə orqanizmdə şəkərli diabet müşahidə edilir.
Həmçinin oxuyun
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.