Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1302
29.11.2019, 09:44
Laçın rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ müharibəsi əlili Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17A ünvanda yaşayan Məhərrəmov Rəhman Tapdıq oğlu tərəfindən Oxu24.com saytına şikayət daxil olub.
Vətəndaş şikayətində bildirib ki, ailə üzvləri ilə 1992-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17A ünvanda yaşayır. Həmin mənzil uçotdan çıxarıldığı və özütikili olduğu səbəbindən mülkiyyət məxsusluğu yoxdur.
"Bizim həmin ünvanda yaşamağımız Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Nərimanov rayonu 37 saylı MİS tərəfindən arayışlarla öz təsdiqini tapır.
Buna baxmayaraq oktyabr ayında Nərimanov rayon İcra Hakimiyyəti aparatının əməkdaşları yaşadığımız mənzilə gələrək həmin mənzilin İsrafilov Əbülfəz Azay oğluna məxsus olmasını bildirdilər və bizə həmin mənzili tərk etməsini tələb etdilər.
Biz, hansı əsasla həmin mənzilin İsrafilov Əbülfəz Azay oğluna məxsus olmasını tələb etdikdə bizə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 1996-cı il tarixli, 784/14 saylı sərəncamının olmasını bildirdilər.
Lakin biz həmin sərəncamı araşdıranda məlum oldu ki, bu sərəncamın kökü yoxdur və saxtadır.
Həmçinin oxuyun
Biz onlara ümummili liderimiz tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə 1998-ci il proqramını yada salsaq da onlar buna məhəl qoymadılar.
Lakin 26 noyabr saar 11.00 radələrində Nərimanov İcra Hakimiyyəti Eldəniz və İbrahim adlı işçiləri yaşadığımız mənzilə tabeçiliyində olan MİS içşçilərini zor tətbiq edərək yerləşdiriblər. Bununla bağlı DİN 102 xidmətinə müraciət etdim. Hazırda Nərimanov rayon Polis İdarəsində bununla bağlı araşdırma gedir.
Daha sonra bildirirəm biz 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə qeyd edilən sərəncamın etibarsız hesab edilməsinə dair müraciət etmişik.
Hadisə yerindən görüntüləri təqdim edirik:
13:07 / 13 Dekabr 2025
1
12:58 / 13 Dekabr 2025
21
12:16 / 13 Dekabr 2025
423
12:08 / 13 Dekabr 2025
46
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
717
11:07 / 13 Dekabr 2025
331
10:25 / 13 Dekabr 2025
938
09:15 / 13 Dekabr 2025
824
09:06 / 13 Dekabr 2025
370
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
146
00:28 / 13 Dekabr 2025
142
00:14 / 13 Dekabr 2025
1084
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
114
22:41 / 12 Dekabr 2025
14627
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3106
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1163
19:20 / 12 Dekabr 2025
2275
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.