Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2554
13.02.2020, 17:45
Ölkəmizdə bir neçə gün bundan əvvəl Milli Məclisə seçkilər keçirildi.Seçkilər bir sıra beynəlxalq və yerli müşahidəçilərin nəzarəti altında,tam şəffaf bir şəraitdə keçirildi. Beynəlxalq müşahidəçilər yekun açıqlamalrında hər hansı bir ciddi qayda pozuntusu ilə rastlaşmadıqlarını açıqladılar. Mərkəzi Seçki Komissiyası rəsmən seçkinin baş tutduğunu bəyan etdi.
Bir çox məntəqələrdə seçkilər şəffaf, demokratik qaydada keçirilsə də, bəzi məntəqələrdə xoşagəlməz hallar yaşanıb. Sosial şəbəkələrdə seçkilərə aid bir çox qanun pozuntuları olan görüntülər paylaşılır. Qeyd olunan görüntülərlə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov araşdırma aparıldığını və yekun qərarın açıqlanacağını qeyd edib.
Prezident cənab İlham Əliyev Kürdəmir rayonunda rəsmi səfərdə olarkən seçki proseslərindən danışıb. Ölkə rəhbəri "Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır", açıqlamasını verib.
Elə bu dəqiqələrdə MSK-da iclas keçirilir. İclasın nəticəsində saxtakarlığa yol vermiş bir sıra seçki dairələrinin nəticələri ləğv edilib.
Oxu24.com məsələnin aktuallığını nəzərə alıb seçki prosesi zamanı qayda pozuntuusna yol verən şəxsləri hansı cəza gözləyir mövzusunda araşdırma aparıb. Mövzu ilə bağlı suallarımızı cavablandıran hüquqşünas Yalçın Hacızadə bildirib ki, Seçki qanunvericiliyinin pozulmasına görə cəzalar həm İnzibati Xətalar Məcəlləsində həm də Cinayət Məcəlləsində öz əksini tapıb.

Bilmək istərdim bu məlumatlar həqiqi olduğu halda seçki qanununu pozan, saxtakarlıq edən şəxslərə hansı cəzalar verilə bilər?
-Əlbəttə, bu məlumatların ilk öncə araşdırılması və sübut olunması lazımdır ki, təqsirkarların əməllərinə hüquqi qiymət verilsin.
Həmçinin oxuyun
Seçki qanunvericiliyin pozulması seçki kampaniyası müddətində baş verməlidir. Seçki kampaniyası seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanlarının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərcinə qədər olan zaman başa düşülür. Seçki qanunvericiliyin pozulması mütləq həmin müddət aralığında törədilməlidir.
Seçki qanunvericiliyinin pozulmasına görə cəzalar həm İnzibati Xətalar Məcəlləsində həm də Cinayət Məcəlləsində öz əksini tapıb. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara (hüquq pozuntusuna) görə adətən pul cəzaları nəzərdə tutulur. Amma Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş seçki cinyatləri törədən şəxslərə qarşı azadlıqdan məhrum etmə cəzaları da təyin oluna bilər. Seçki cinayətləri çox şaxəlidir. Təqsirləndirilən şəxslər həm öz qulluq mövqeyindən istifadə edən vəzifəli şəxslər ola bilər həm də əməli törətdiyi zaman 16 yaşına çatmış, anlıqlı fiziki şəxslər. Bu tərkib cinayətlər qəsdən törədilmiş cinayətlər hesab edilir.
Bu cinayətin obyekti Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunuş seçki hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdi. Həmin əməllə vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olunur. Bu - vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma, vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma, namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma, seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə, seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması kimi əməllərdə ifadə olunur. Belə əməllər insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər hesab olunur və təqsirkar şəxslərə törədilən əməlin nəticəsindən aslı olaraq müəyyən miqdarda cərimə, ictimai işlər və azadlıdan məhrum etmə cəzaları verilə bilər.
Nuran Seyidli
Oxu24.com
00:25 / 16 Dekabr 2025
13
00:14 / 16 Dekabr 2025
22
00:03 / 16 Dekabr 2025
20
23:55 / 15 Dekabr 2025
21
23:51 / 15 Dekabr 2025
263
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
37
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
45
22:09 / 15 Dekabr 2025
285
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1643
20:54 / 15 Dekabr 2025
103
20:38 / 15 Dekabr 2025
1366
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.