Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
829
28.02.2020, 13:13
İrandan gələn vətəndaşlarımız Astara gömrük-sərhəd keçid məntəqəsindən keçdikdən sonra koronavirus təhlükəsinə görə Astara rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
Medicina.az xəbər verir ki, həmin şəxslərin çoxu İranda təhsil alan tələbələrdir. Sosial şəbəkələrdə paylaşılan videolardan aydın olur ki, vətəndaşlarımız karantində daha acınacaqlı vəziyyətdə saxlanılırlar.
Xəstəxanada vəziyyət heç də ürəkaçan deyil. Dezinfeksiya tədbirləri həyata keçirilimir, karantinə alınan şəxslərə geyim və tibbi maska verilmir. Hətta xəstəxanada tibbi spirt belə yoxdur.
Vətəndaşlar qeyd edir ki, xəstəxananın təmizliyi xlorla həyata keçirilir. Bundan əlavə, sanitar qovşaqları istifadəyə yararsız və antisanitar vəziyyətdədir. Çarpayılarda yataq dəstləri yoxdur.
Digər bir videoda isə İrandan qayıdan və karantinə alınan azərbaycanlı tələbə xəstəxanadakı son vəziyyət haqqında danışıb. Bildirib ki, onları 6 saata yaxın soyuq havada ac-susuz gözlədiblər. Daha sonra ambulansla Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
Həmin şəxs bildirir ki, xəstəxananın şəraitsizliyi bir yana, həkimlər də onlarla çox pis rəftar edir. Aralarında panik-atak, nevroz kimi xəstəliyi olan şəxslərə tutmaları zamanı heç bir kömək göstərilmir, müayinə olunmurlar. Xəstəxanaya gəldikləri iki gündə yalnız bir dəfə temperaturları ölçülüb.
Həmçinin oxuyun
Tələbə video vasitəsilə aidiyyatı qurumlardan kömək istəyir, heç olmasa, ac-susuz qalmalarının qarşısının alınmasına ümid edir.
Həmin videonu təqdim edirik:
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.