Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
841
05.03.2020, 15:10
"Səbail rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların 20-ci sahə, Badamdar və Bayıl qəsəbələrində formalaşdığı qeydə alınıb".
Oxu24.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşova deyib.
Onun sözlərinə görə, Binəqədi və Səbail rayonlarının Xəzər sahili ərazilərində keçirilən monitorinqlər zamanı bu ərazilərdəki “Mambo Beach Hotel”, “Xəzər”, “Dəniz”, “Dərya” istirahət mərkəzlərində və ətrafdakı yaşayış massivlərində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmaması səbəbindən təmizlənmədən dənizə axıdıldığı məlum olub.
Həmçinin oxuyun
İdarə rəsmisi bildirib ki, son illər yaşayış massivlərinin genişlənməsi isə təmizlənməmiş tullantı sularının həcminin artması ilə nəticələnib: “Binəqədi rayonunda da vəziyyət eynidir. Rayonun Xocəsən qəsəbəsində yerləşən "Golden Water" və "El Babtürk" MMC-lərdə, "Bərəkət 98" firmasında və digər müəssisələrdə, eləcə də yaşayış massivlərində əmələ gələn tullantı suları da təmizlənmə prosesi keçmədən Xocəsən gölünə, oradan da dənizə axıdılır. Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, sözügedən obyektlərdən dənizə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan çoxdur."
Nazirlik rəsmisi vurğulayıb ki, hər bir fiziki və hüquqi şəxs, rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün tez bir zamanda ciddi tədbirlər görməlidir.
00:25 / 16 Dekabr 2025
42
00:14 / 16 Dekabr 2025
27
00:03 / 16 Dekabr 2025
24
23:55 / 15 Dekabr 2025
25
23:51 / 15 Dekabr 2025
276
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
38
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
46
22:09 / 15 Dekabr 2025
289
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1649
20:54 / 15 Dekabr 2025
104
20:38 / 15 Dekabr 2025
1375
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.