Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
8218
04.05.2020, 19:25
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin yeni qanuna zidd əməlləri üzə çıxıb.
APA TV-nin cənüb bürosunun xəbərinə görə, məlum olub ki, Mahir Quliyev 2011-ci ildə rayona rəhbər təyin olunandan cəmi bir il sonra əlaltıları ilə birgə “torpaq ovu”na başlayıb.
Məhz icra başçısının vəzifədən sui-istifadə etməsi nəticəsində Biləsuvarda torpaq sahibi olan neçə-neçə insan təqiblərlə üzləşib və torpaqları əllərindən alınıb. İcra başçısı təkcə rayonun Çaylı kəndində yaşayan 12 ailəni torpaqsız qoyub:
Bu zərərçəkənlərdən biri də Zöhrə Abışovadır: “Mənim nəvələrimin, gəlinlərimin heç birinin torpağı yoxdur. Hamısı bu saat fəhləliklə, günü 5-10 manata işləyirlər. O, bizim qolumuzu, qanadımızı qırdı. Balalarımı imkansız elədi. Hər cəhətdən geri düşdük biz”.
Söhbət 1998-ci ildə Vaqif Abışovun uzunmüddətli müqavilə əsasında aldığı 50 hektar torpaq sahəsindən gedir. Bu torpaq sahəsi 12 ailənin dolanışıq və qazanc yeri olub. Çaylı kənd sakini Vaqif Abışovun dediyinə görə, Mahir Quliyev və adamları əvvəlcə torpağın məhsullarını mənimsəyib, sonra torpaqları qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdiriblər: “Kimisindən qorxutdular aldılar, kimisindən məcburi, sənədsiz aldılar, əkdilər. O cümlədən mənim də torpağımda 2 il əkdilər. Sənəd mənim adıma ola-ola iki il əkdilər, məhsulunu götürdülər. Ondan sonra bütün bu torpaqları birləşdirmək, sənədləşdirmək xəyalına düşdülər. Mənim də torpağımı sənədləşdirmək istədilər. Mən də çox yalvardım, çox xahiş elədim ki, əkirsiniz də, daha siz rəhbərsiniz, 3-5 ildən sonra, siz gedəndən sonra torpaq mənim adımdadır, 12-13 baş ailə, 40-45 adamın boğazı kəsilməsin, acından ölməsin. Mümkün olmadı, təqiblər-təzyiqlərə məruz qaldım, axırı bezdim özüm özümdən. Razılıq verdim ki, götürün”.
Sonradan Vaqif Abışov öz torpaqlarını geri qaytarmaq üçün müvafiq orqanlara bir neçə müraciət göndərməyə başlayıb. Nəticədə o, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəvət olunub və sənədlərinə baxılıb. Qurumdan bildirilib ki, əgər həmin torpaqları kimsə öz adına keçirmək istəsə, torpaq sahibinin iştirakı və komitənin rəyi olmadan bu mümkün deyil. Vaqif Abışovun sözlərinə görə, bir müddət sonra icra başçısının “torpaq ovu”nun əsas iştirakçılarından birinin adına sözügedən torpaqları sənədləşdirmək istəyi Dövlət Komitəsi tərəfindən rədd edilib: “Külli-ixtiyar sahibi idi də burada – Biləsuvarda. Hansı sənədlərlə, harada necə edibsə, reyestr xidmətindən sənədləşdiriblər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin xəbəri olmadan. Bu minvalla hara müraciət elədim, mümkün olmadı. Demək olar ki, gündəlik şikayətlərimiz olub, teleqram vurmuşuq, ərizə yazmışıq başçının özünə də, müəyyən orqanlara da. 30-35 nəfər onun qəbuluna 2-3 dəfə getmişik, qəbul eləməyib. Sonra mən özüm tək də getmişəm, teleqram vurmuşam ki, məni qəbul elə, dərdimi dinlə, qəbul eləməyib. Axırda da onun köməkçisi mənə dedi ki, başçı deyir ki, “mənim onunla işim yoxdur, rədd olsun buradan”.
Həmçinin oxuyun
Vətəndaşlar problemlə bağlı ölkə başçısına şikayət edib.Şikayətdən dərhal sonra Prezident İlham Əliyevin köməkçisi Anar Ələkbərov kənd sakinlərinə zəng edib. Prezidentin köməkçisi bildirib ki, onların şikayəti nəzarətə götürülüb.
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.