Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1341
25.08.2020, 10:55
Qazax rayon sakini Əhmədova Ayna Afdandil qızı sensassion iddia ilə mətbuata müraciət edib.
Oxu24.com xəbər verir ki, Space TV-də yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl dərdini danış" verilişində qadın iddia ilə çıxış edib. Əkiz uşağa hamilə olan qadın hamiləliyi ağır keçirdiyi üçün Səhiyyə Nazirliyinin xətti ilə Qazax rayon xəstəxanasından Bakı şəhəri,5 saylı doğum evinə köçürülüb. Hər şey də bundan sonra baş verib.
Ayna Əhmədovanın sözlərinə görə, 2013-cü ildə 5 saylı doğum evində bir oğlan və bir qız olmaqla keysəriyyə üsulu ilə uşaq dünyaya gətirib.
“Doğuşdan iki ay əvvəl məni xəstəxanaya gətirdilər. Keysəriyyə əməliyyatı zamanı özüm prosesi izləyirdim. Birinci qız uşağı doğuldu,daha sonra oğlan.Uşaqlar doğulanda ağlayırdı. Daha sonra uşaqlar otaqdan çıxarıldı. Axşam yuxudan oyananda tibb bacılarından uşaqların necə olduğunu soruşduqda tibb işçisi dedi ki, uşaqlar ölüb. Mən dərhal valideynlərimə xəbər verdim. Onlar bir az gec gəlib çıxdı.Uşaqları bizim tərəfdən nə ölüsünü, nə də dirisini görən olmadı”.
Ayna Əhmədovanın iddiasına görə həmin vaxt uşaqların ölməsinə inanıb.
2019-cu ilin oktyabrında tibbi arayış almaq üçün təkrar 5 saylı doğum evinə gəlib. Bu zaman tibbi arayışın ona verilməsində problem yaşanıb.
Həkimlər qadını gördükdə narahatlıq keçirməyə başlayıb. Uzun-uzadı get-gəldən sonra ona tibbi arayış verilib.Amma necə?
Xəstəxananın baş həkimi Xədicə Əhmədova, anestezoloq Qəhrəman həkim, qeysəriyyə həkimi Rita xanım vətəndaşı qəbul edib.
Ayna Əhmədovanın sözlərinə görə, bu zaman həkimlər bir-birlərinin üzünə baxıb və çaşqınlıq keçirib. Bu hal onu şübhələndirib.İllər öncə öldüyü deyilən uşaqlarının taleyi ilə bağlı onda şübhələr yaranıb.
“Həkimlərin bu halı məni şübhələndirdi. Mənə tibbi arayış hazırladılar. Amma orada məlumatlar saxtalaşdırılmışdı. Guya məndə ensefalopatiya qıcolma müşahidə olunub. Bu səbəbdən də uşaqlar ölüb. Amma bu tammailə yalan iftiradır. Məndə ömrü boyu belə bir hal müşahidə olunmayıb.
Həmçinin oxuyun
Daha sonra daha bir məlumat saxtalaşdırılıb. Mən hamiləliyin 28-ci həftəsində əməliyyata girmişəm.Amma sənəddə 21-ci həftə qeyd olunub. Uşağın çəkişi 930 qram olsa da, sənəddə 300 və 360 qram yazılıb. Onlar bunu belə yazmaqla guya uşaqların döl olmasını bildirmək istəyib. Amma hər kəsə məlumdur ki, hamiləliyin 28-ci həftəsində 300 qram uşaq ola bilməz.
Gördüm ki, burada nəysə şübhəli məqam var. Xəstəxanın baş həkimi məni otağa dəvət etdi.Soruşdum ki, uşaqların meyiti necə oldu. Baş həkim dedi ki, uşaqların harada basdırıldığını bilmir. Başını tutub dedi ki, mən səhv etmişəm. Gərək uşaqları basdırarkən aktlaşdırardım. Amma onu da etməmişik. Mən onların üzərinə getdikcə özlərini itirdilər.”
Ayna Əhmədovanın sözlərinə görə anestezoloqun dediyinə görə onun uşaqları zibil qutusuna atılıb.
“Mən anestezoloq Qəhrəman həkimin otağına qalxdım. O, mənə dedi ki, bura nəyə gəlmisən? Uşaqlar şiprislər atılan qutuya,yəni zibilliyə atılıb. Daha sonra o, mənə 5 min manat pul təklif etdi ki, bu məsələni uzatmayım və Qazaxa qayıdım. Mən arayışı götürüb oradan çıxdım. Daha sonra rəsmi ərizə ilə Baş Prokurorluğa müraciət etdim”.
Ayna Əhmədovanın sözlərinə görə iş əvvəlcə baxılması üçün Səbail Rayon Prokurorluğunun böyük müstəntiqi Tural Yaqubova verilib.
“Müstəntiq məni otağına dəvət etdi. Maraqlandıqdan sonra mənə dedi ki, baş həkimin izahatı alınıb. İş hazırda prokurorluqdadır. Amma işə başqa bir müstəntiq baxır. Mən inanıram ki, tezliklə ədalətli qərar veriləcək"
Oxu24.com iddialarla bağlı 5 saylı doğum evi ilə əlaqə saxlayıb. Doğum evindən şifahi verilən məlumata görə, bu məsələ həqiqəti əks etdirmir.
Verilən arayış
00:25 / 16 Dekabr 2025
13
00:14 / 16 Dekabr 2025
22
00:03 / 16 Dekabr 2025
20
23:55 / 15 Dekabr 2025
21
23:51 / 15 Dekabr 2025
263
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
37
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
45
22:09 / 15 Dekabr 2025
285
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1643
20:54 / 15 Dekabr 2025
103
20:38 / 15 Dekabr 2025
1366
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.