Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
11364
06.07.2021, 19:18
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Həmçinin oxuyun
Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
00:25 / 16 Dekabr 2025
42
00:14 / 16 Dekabr 2025
27
00:03 / 16 Dekabr 2025
24
23:55 / 15 Dekabr 2025
25
23:51 / 15 Dekabr 2025
276
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
38
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
46
22:09 / 15 Dekabr 2025
289
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1649
20:54 / 15 Dekabr 2025
104
20:38 / 15 Dekabr 2025
1375
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.