Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1902
20.12.2021, 21:50
Bakı sakini polisin evində keçirdiyi əməliyyat zamanı götürülən 100 min dolların yarısının qaytarılmadığını iddia edir.
Vətəndaş Zeynal Aslanov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, noyabrın 22-də Bakının Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onların yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçirilib. Bu zaman oradan 100 min dollar məbləğində nağd pul, ona aid sənədli ov silahı və digər əşyalar götürülüb:
“Həmin vaxt mənzildə olan oğlum Zaur polisə təslim oldu. O, istintaqdan gizləndiyinə görə axtarışda idi. Pulun götürülmə anını həyat yoldaşım telefonla videoya çəkirdi, bu zaman polis əməkdaşı onun əlindən telefonu aldı. Mən götürülən pulun sayılması və protokollaşdırılmasını tələb etsəm də, buna riayət olunmadı. Mənzildən çıxanda bütün polislər liftə minsə də, pulu götürən əməkdaş pilləkənlə düşdü və Polis İdarəsinə 1 saat gec gəldi. Orada isə pulun 50 min manatını bizə qaytardılar, qalan pulun verilməyəcəyini dedilər. Mənim oğlum davaya görə saxlanılıb, burada maliyyə cinayəti yoxdur, polis nəyə görə dava üstündə saxladığı adamın evindən pulu götürür?
Həmçinin oxuyun
Bu barədə DİN-in 102 xidmətinə də məlumat verdik və cavab olaraq mənə bildirildi ki, “pulu kimin götürdüyünü bilirik, gözləyin, həll edəcəyik, pul sizə qaytarılacaq”. Əməliyyata rəhbərlik edən şəxs də qalan 50 min dolların qaytarılacağını vəd etdi, lakin pul bizə qaytarılmadı.
Sonradan binamızın təhlükəsizlik kameralarına baxış keçirəndə gördük ki, pulu götürən polis əməkdaşı həmin gün axşam saatlarında təkrarən bizim binaya gəlib və bir müddət orada qaldıqdan sonra çıxıb gedib. İstintaq zamanı məlum oldu ki, pulu götürən əməkdaş faktiki olaraq əməliyyatda iştirak etsə də, baxış protokolunda adı yoxdur və bu əməliyyata qatılmaq üçün onların barəsində əmr verilməyib”.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd olunan məsələlərin araşdırılmasının təfərrüatı haqda vətəndaş məlumatlandırılıb. Hazırda Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarəsində araşdırmalar davam etdirilir”.
19:15 / 15 Dekabr 2025
18
18:43 / 15 Dekabr 2025
243
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
611
17:14 / 15 Dekabr 2025
70
17:08 / 15 Dekabr 2025
63
16:59 / 15 Dekabr 2025
159
16:49 / 15 Dekabr 2025
591
16:40 / 15 Dekabr 2025
131
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
100
15:55 / 15 Dekabr 2025
189
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
665
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2054
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
303
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.