Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
7964
14.10.2023, 12:25
Bakı şəhəri,Suraxanı rayon sakini Cabbarov Cabir tərəfindən saytımıza müraciət daxil olub.
Oxu24.com xəbər verir ki, Cabbar Cabbarov bildirib ki,ona məxsus Hunday Coupe markalı avtomobil aylarladır ki, qanunsuz olaraq cərimə meydançasında saxlanılır.
Vətəndaş bildirib ki ,hadisə 11 iyul 2023-cü il tarixdə Qaradağ rayonu ərazisində saxlanılıb.
“Mənə məxsus avtomobil oğlum Vüqar Cabbarov tərəfindən etibarnaməsiz sürüldüyü üçün Qaradağ rayonu ərazisində saxlanılıb. Daha sonra avtomobili Bakı Şəhəri Yol Polis İdarəsində,Badamdar ərazisinə aparıldı. Bizim avtomobilə heç bir cərimə yazılmadı,lakin avtomobili bizə qaytarmadılar. Səbəb kimi isə avtomobilin ağ-qara rəngdə olması göstərildi.

Mən onlara izah etdim ki, avtomobilin Dövlət tərəfindən verilən texniki pasportunda rəngi ağ-qara olaraq qeyd edilib. Əgər buna icazə yoxdursa, Dövlət hansı əsasla texniki pasportda ağ-qara olaraq qeyd edilib.
Məsələ ilə bağlı yuxarı qurumlara müraciət etmişik.Amma buna baxmayaraq bu günə kimi avtomobili bizə təhvil vermirlər”, deyə şikayətçi qeyd edib.
Oxu24.com məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova ilə əlaqə saxlayıb. Şikayət edən şəxsin hüquqlarını müdafiə edən Ellada Bayramova bildirib ki, vətəndaşa məxsus avtomobilin həmin bəhanə ilə cərimə meydançasında aylarladır ki, saxlanılması qanunsuzdur.
Həmçinin oxuyun

“Hüquqlarını müdafiə etdiyim şəxslə birlikdə Bakı Şəhər Yol Polis İdarəsində Azad Əliyevin qəbulunda olduq. Həmin şəxsə bildirdim ki,avtomobilin texnii pasportunda rəngi ağ-qara olaraq göstərilib.Bu gün Azərbaycan Respublikası ərazisində bunu qadağan edən heç bir rəsmi qərar,əmr,qanun yoxdur. Bu səbəbdən də avtomobilin cərimə meydançasında saxlanılması qanunsuzdur.Buna baxmayaraq Azad Əliyev avtomobilin buraxılmasına icazə vermədi”,-deyə hüquqşünas bildirib.
Oxu24.com məəslə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.


Müəllif:Miri Məcidli
01:40 / 17 Dekabr 2025
12
01:15 / 17 Dekabr 2025
16
00:55 / 17 Dekabr 2025
14
00:36 / 17 Dekabr 2025
49
00:32 / 17 Dekabr 2025
55
00:24 / 17 Dekabr 2025
68
23:40 / 16 Dekabr 2025
652
23:04 / 16 Dekabr 2025
768
22:25 / 16 Dekabr 2025
70
22:19 / 16 Dekabr 2025
421
22:05 / 16 Dekabr 2025
87
20:53 / 16 Dekabr 2025
774
20:13 / 16 Dekabr 2025
808
20:07 / 16 Dekabr 2025
332
20:05 / 16 Dekabr 2025
285
19:58 / 16 Dekabr 2025
156
19:53 / 16 Dekabr 2025
107
18:06 / 16 Dekabr 2025
2399
17:55 / 16 Dekabr 2025
115
17:51 / 16 Dekabr 2025
118
17:39 / 16 Dekabr 2025
5971
17:35 / 16 Dekabr 2025
145
17:26 / 16 Dekabr 2025
107
17:23 / 16 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.