Fuad Ələsgərovdan AÇIQLAMA
15 Mart 2025, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
200
27.05.2024, 20:46
Bir qrup şəxs Fransanın azərbaycanlı sosial media fəallarına qarşı ədalətsiz hərəkətləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaq məqsədilə Bəyanat yayıb.
OXU24.COM xəbər verir ki, bəyanatda deyilir:
"Özünü söz və ifadə azadlığının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, Fransa öz hərəkətləri ilə bağlı müxalif fikirləri riyakarcasına inkar edir.
Biz beynəlxalq qurumları fundamental azadlıqların pozulması hallarına qarşı tədbir görməyə çağırırıq. Bizim XXI əsrdə Fransanın neokolonializm siyasətinə qarşı etirazımız müxtəlif xalqların davamlı istismarı və onların əsarətdə saxlanılması ilə bağlıdır. Fransanın yürütdüyü bu siyasət, o cümlədən iqtisadi istismar və siyasi müdaxilə onun müstəmləkəçilik düşüncəsini davam etdirdiyini göstərir. Biz aşağıdakı məsələlərə qarşı etirazımızı bildiririk:
1. Fransanın digər ölkələrin resurslarını istismar edən iqtisadi siyasəti;
2. Həmin xalqların suverenliyinə xələl gətirən siyasi müdaxiləsi;
3. Regionlarda sabitliyi pozan separatçı hərəkatlara dəstək verməsi.
Biz sosial mediada narahatlığımızı bildirdikdən sonra Fransa Kibertəhlükəsizlik Agentliyinin (VIGINUM) rəhbərlik etdiyi koordinasiyalı təqib kampaniyasının hədəfinə çevrildik və bu kampaniya bizim fərdi təhlükəsizliyimizə, peşəkar nüfuzumuza və ifadə azadlığımıza ciddi təsir göstərdi.
Həmçinin oxuyun
VIGINUM-un qərəzli ittihamlarından sonra bizə qarşı sosial şəbəkələrdə koordinasiyalı şəkildə təzyiqlər və təhdidlərlə başlanıldı. Bizim sosial şəbəkə hesablarımızın qeydiyyatı zamanı təqdim etdiyimiz məlumatlarımızın məqsədli şəkildə ictimailəşdirilməsi fərdi təhlükəsizliyimizi təhdid altında qoyub. Fransanın dövlət qurumlarının bu addımları peşəkar imicimizə xələl gətirib, bizə mənəvi zərbələr vurub və ləyaqətimizin alçaldılmasına yol verib.
Fransa qlobal miqyasda dəstəklədiyini iddia etdiyi dəyərlərə qarşı tez-tez çıxış edir. Cənubi Qafqaz regionu Fransanın müstəmləkəsi olmasa belə, bu, Fransanın regionun narahatlıq və qeyri-sabitliyə səbəb olan daxili işlərinə qarışmasına mane olmur.
Xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı həssas dövrdə Fransa nəticəyə əks təsir göstərən rol oynayır. Hər iki ölkənin sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atdığı bir zamanda, vaxtilə münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən Fransa bunun əvəzində Ermənistanın daxilində revanşist və separatçı ünsürləri dəstəkləməyə üstünlük verir. Fransa bununla sülh prosesinə xələl gətirir və regional gərginliyi daha da artırır.
Bundan başqa, Fransa azərbaycanlılara və türklərə qarşı cinayət törətmiş şəxsləri sığınacaqla təmin edir. Separatçı hərəkatlara və terrorçulara verilən bu dəstək Fransanın sülh və ədalətə sadiqliyinə birbaşa ziddir.
Biz beynəlxalq təşkilatlara çağırış edirik ki, Fransanın öz hərəkətlərinə görə cavab verməsi ilə bağlı tədbir görsünlər. Fransanın yanlış hərəkətlərini ifşa edən səslərin boğulmasını pisləmək və bununla bağlı qanuni tədbirlər görmək vacibdir. Beynəlxalq ictimaiyyət söz və ifadə azadlığı, digər ölkələrin işlərinə qarışmamaq prinsipi kimi əsas dəyərləri sarsıdan hər bir ölkəyə qarşı çıxmalıdır. Bu dəyərlər sivil dünyanın ayrılmaz hissəsidir, dünyada sülhün və ədalətin qorunması üçün çox böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq təşkilatlar Fransanın bu hərəkətlərinə qarşı sərt mövqe tutmaqla həm ali dəyərlərə sadiq olduqlarını bir daha təsdiqləyə, həm də heç bir ölkəyə ədalətsizliklə mübarizənin qarşısına sədd çəkməyə imkan verilməyəcəyini nümayiş etdirə bilərlər”.
Bəyanatı İslam Bafadarov, Sərvaz Abbasov, Anar Qazıyev, Fatimə Şıxıyeva, Elməddin Behbud, Ayşən Aslan Məmmədli, Samirə Talıbova, Tacəddin Gözəlov, Aygün Cəlilzadə və Fəridə Əyyubova imzalayıblar.
23:09 / 15 Mart 2025
16-cı günün duası - İmsak və iftar vaxtı
50
23:05 / 15 Mart 2025
Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Yaxın aylarda…
376
22:23 / 15 Mart 2025
Sualın yerində hansı rəqəm olmalıdır? — İQ TESTİ
430
21:58 / 15 Mart 2025
Morqa aparılan şəxsin ölmədiyi məlum olub
63
21:22 / 15 Mart 2025
Fuad Ələsgərovdan AÇIQLAMA
686
21:03 / 15 Mart 2025
Bu şəxslərin müavinəti dayandırılacaq
151
20:50 / 15 Mart 2025
Piylərin çıxartdıran qadın öldü
85
20:27 / 15 Mart 2025
Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
529
19:26 / 15 Mart 2025
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
78
18:53 / 15 Mart 2025
SON DƏQİQƏ! Kütləvi həbslər başladı: Siyahıda kimlər var?
3378
17:08 / 15 Mart 2025
Plastik cərrahlara vacib xəbər
147
14:02 / 15 Mart 2025
Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
1023
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
849
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
1439
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
192
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
174
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
182
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
164
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
185
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
175
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
181
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
185
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
195
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
190
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.