Qaynar xətt:

(+99450) 247 90 86

Deputat: \"Bakıda 18 min nəfərə bir ambulans düşür\"

SİYASƏT

153

31.05.2024, 16:00

Bakıda 18 min nəfərə bir təcili yardım maşını (ambulans) düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər.

Oxu24.com axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir: 

"Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tiflisdə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".