Qaynar xətt:

(+99450) 247 90 86

Pezeşkian onu vitse-prezident təyin etdi

2024/08/10/1723299509_pezeskian.jpg

SİYASƏT

311

10.08.2024, 16:28

İran Prezidenti Məsud Pezeşkian Hüseyn Afşini texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezident təyin edib.

  OXU24.COM xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, H.Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.