Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
609
05.12.2024, 11:38
"Qərbi Azərbaycan İcmasının fəaliyyətlərini yaxından izləyirəm. İcmanın ləyaqətli qayıdış layihəsi beynəlxalq hüquqa tamamilə uyğundur".
Oxu24.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, bu məsələnin sadəcə torpaq məsələsi deyil, insanlıq amili olduğunu da nəzərə almaq lazımdır:
Həmçinin oxuyun
"Lakin Ermənistan hökuməti bu səmimi dialoq çağırışlarına reaksiya vermir. Cənubi Qafqaz 30 il böhran içində olub. Ermənistanın Qarabağı işğal etməsi böyük problemlərə yol açmış, faciələrlə nəticələnmiş, 1 milyondan çox azərbaycanlı qaçqın düşmüşdü. Lakin beynəlxalq təşkilatların sükutuna rəğmən biz ədalətin qələbə qazanacağına inanırdıq ki, belə də oldu. Azərbaycan Vətən müharibəsi ilə bayrağını Qarabağda dalğalandırdı. Türkiyə olaraq biz də bu müddətdə can Azərbaycanın yanında olduq. Sadəcə Azərbaycan bizim qardaşımız olduğu üçün deyil, haqlı olduğu üçün onu dəstəklədik. Bu yolda şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyirəm".
"Beynəlxalq hüquq Qərbi azərbaycanlıların problemlərinin həllində rol oynamalıdır. Azərbaycanın humanist davranışlarına adekvat cavab verilməlidir. Regional rifah üçün ən böyük hədəf davamlı sülh müqaviləsinin imzalanmasıdır. Bu istiqamətdə böyük yol qət edən Prezident İlham Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Təbii ki, Ermənistanın da bu xoşməramlı davranışlara adekvat cavab verməsi lazımdır", - deyə Çavuşoğlu əlavə edib.
21:58 / 13 Dekabr 2025
48
21:34 / 13 Dekabr 2025
274
21:21 / 13 Dekabr 2025
39
21:19 / 13 Dekabr 2025
41
21:15 / 13 Dekabr 2025
40
21:02 / 13 Dekabr 2025
42
20:49 / 13 Dekabr 2025
224
20:44 / 13 Dekabr 2025
52
20:36 / 13 Dekabr 2025
52
20:26 / 13 Dekabr 2025
59
20:01 / 13 Dekabr 2025
220
19:53 / 13 Dekabr 2025
72
19:21 / 13 Dekabr 2025
340
19:16 / 13 Dekabr 2025
102
18:32 / 13 Dekabr 2025
955
18:12 / 13 Dekabr 2025
160
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1624
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
336
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2863
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.