Qaynar xətt:

(+99450) 247 90 86

Seçkilərdə 701 müşahidəçi qeydiyyatdan keçib

SİYASƏT

648

18.12.2024, 17:32

Siyasi partiyaların seçkilərdə öz namizədləri ilə iştirakını, tərəfdarlarını səsverməyə dəvət etmələrini arzulayırıq.

Oxu24.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçkilərdə namizədlərin irəli sürülməsində qadınlara üstünlük verilməsi vacibdir.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib.