Qaynar xətt:

(+99450) 247 90 86

Mərakeşlə hərbi əməkdaşlığımız genişləndirilir

SİYASƏT

161

27.12.2024, 12:39

Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq genişləndirilir. 

Oxu24.com   xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.