Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
811
31.01.2025, 14:53
Yanvarın 31-də Baş nazir Əli Əsədov Almatıya işgüzar səfəri çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda iştirak edib.
Oxu24.com xəbər verir ki, tədbirdə çıxış edən Ə.Əsədov rəqəmsal inkişaf və innovasiya məsələlərinin müzakirəsi, rəqəmsal transformasiya çağırışlarına birgə cavab axtarışı üçün səmərəli platforma təklif edən forumun əhəmiyyətini qeyd edib.
Bildirilib ki, Azərbaycan dövlət strategiyasının ən mühüm elementi kimi rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.
Vurğulanıb ki, bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib.
Ə.Əsədov deyib ki, rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir: “Hazırda biz Azərbaycanın Süni İntellekt Strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsildir”.
Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda müasir, çevik qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir:
“Xüsusilə də bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti sadələşdirir, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir”, - deyə Baş nazir əlavə edib.
Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastrukturun yaradılmasının zəruriliyini vurğulayan Ə.Əsədov yüksəksürətli internetə çıxışı bu infrastrukturun əsas elementlərdən biri kimi dəyərləndirib.
Həmçinin oxuyun
Baş nazirin sözlərinə görə, internet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99 faizindən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub”.
Qeyd olunub ki, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tamamilə rəqəmsallaşdıran “Rəqəmsal körpü” milli məlumat mübadiləsi sistemi də tətbiq edilib. Dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün “Hökumət buludu” layihəsinə start verilib.
“Bütün bunlar “elektron hökumət”in inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün zəruri olan davamlı, müasir və təhlükəsiz rəqəmsal infrastrukturun yaradılması istiqamətində həyata keçirilən layihələrin, sadəcə, kiçik bir hissəsidir”, - deyə Baş nazir əlavə edib.
Rəqəmsal transformasiyanın təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsət olduğunu bildirən Ə.Əsədov Azərbaycanın davamlı rəqəmsal gələcəyin yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu ifadə edib.




01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.