Deputat: "Kosmonavtların xilası ilə bağlı sazişə qoşulmaq beynəlxalq əməkdaşlığımıza töhfə verəcək"
16 Dekabr 2025, 16:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
820
31.01.2025, 16:01
"Sərhəd demarkasiyası komissiyaları arasında nə vaxt görüşmək barədə razılıq əldə olunarsa, o vaxt tarix açıqlanacaq, hazırda hər şey komissiyaların nizamnaməsində qeyd olunan qaydada baş tutacaq".
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
"Hər şey komissiyaların reqlamentində göstərildiyi kimi olacaq. Həmin sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, demarkasiya prosesi, əslində, 2024-cü ildə çox hiss olundu. Bizim Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Artıq razılıq var ki, komissiyalar və tərəflər qarşıdakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhəddinə qədər demarkasiyası işinə diqqət yetirəcəklər", - deyə Paşinyan qeyd edib.
Həmçinin oxuyun
O, həmçinin bildirib ki, sülh müqaviləsi ilə bağlı heç bir yenilik yoxdur: "Çünki mən artıq demişəm ki, layihədəki 17 maddədən 15-i razılaşdırılıb, razılaşdırılmamış iki bənd var və Ermənistan hər ikisinin həlli yollarını təklif edib. Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi ilə bağlıdır. Biz bunu sərhədə, demarkasiya olunmuş hissələrə tətbiq etməyi təklif edirik.
Həmçinin beynəlxalq forumlardan mübahisələrin hüquqi baxımdan geri götürülməsi məsələsi də var ki, bu da müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər".
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.