Deputat: "Kosmonavtların xilası ilə bağlı sazişə qoşulmaq beynəlxalq əməkdaşlığımıza töhfə verəcək"
16 Dekabr 2025, 16:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
739
10.02.2025, 16:10
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.
Ölkələrimiz arasında təhsil və humanitar istiqamətlər üzrə əməkdaşlıqdan bəhs olunub, o cümlədən İkinci Dünya müharibəsi zamanı Sloveniyanın azad edilməsinə mühüm töhfələr verən soydaşlarımız, xüsusilə əfsanəvi Mehdi Hüseynzadə (“Mixaylo”) kimi qəhrəmanların olmasının müasir dövrdə xalqlarımız arasında əlaqə və yaxınlığın əsasında dayandığı qeyd edilib.
Həmçinin oxuyun
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə səyləri barədə ətraflı məlumatlandırılıb, xüsusilə humanitar minatəmizləmənin əməkdaşlıq üçün yeni istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.
Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin hazırkı vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, əldə olunan bir sıra irəliləyiş və razılaşdırılan müddəalara baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə davam edən ərazi iddiaları, habelə bu ölkənin revanşizm ruhunda sürətli silahlanmasının regional sülh quruculuğuna təhdid törətdiyi qeyd edilib.


10:42 / 17 Dekabr 2025
3
10:36 / 17 Dekabr 2025
73
10:21 / 17 Dekabr 2025
23
10:15 / 17 Dekabr 2025
21
10:14 / 17 Dekabr 2025
21
09:01 / 17 Dekabr 2025
250
08:45 / 17 Dekabr 2025
36
07:45 / 17 Dekabr 2025
53
07:38 / 17 Dekabr 2025
59
01:40 / 17 Dekabr 2025
97
01:15 / 17 Dekabr 2025
90
00:55 / 17 Dekabr 2025
101
00:36 / 17 Dekabr 2025
103
00:32 / 17 Dekabr 2025
113
00:24 / 17 Dekabr 2025
187
23:40 / 16 Dekabr 2025
1567
23:04 / 16 Dekabr 2025
1560
22:25 / 16 Dekabr 2025
117
22:19 / 16 Dekabr 2025
1355
22:05 / 16 Dekabr 2025
131
20:53 / 16 Dekabr 2025
2104
20:13 / 16 Dekabr 2025
897
20:07 / 16 Dekabr 2025
367
20:05 / 16 Dekabr 2025
387
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.