Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
726
10.02.2025, 22:45
AZAL təyyarəsinin vurulma faktının təsdiq edildiyi ilkin hesabatın açıqlanmasından sonra Rusiya üçüncü həmləsini – Azərbaycana təzyiqi davam etdirir. İlk iki həmləsi – vurulma faktının gizlədilməsi və məsuliyyətin bölüşdürülməsi – baş tutmadı, hesabatın açıqlanmasından sonra artıq nəyisə gizlətmək də mümkün deyil. Rusiyalı rəsmilərin açıqlamalarından da aydın olur ki, Moskva “istintaqın tam yekunlaşmasını” gözləmək istəyir. Lakin bu gözləmənin zaman qazanmaq məqsədi daşıdığı bəllidir.
Rusiya Azərbaycandan təyyarə məsələsində hansısa güzəşt etməsini istəyir və təzyiq-təhdidlə Bakını razı salmaq xəttini izləyir. İlk baxışdan görünən budur. Halbuki, Putinin üzr istəməsi tabunun yıxılması oldu və məntiqlə məsuliyyətin qəbul edilməsi, kompensasiyanın ödənilməsi Rusiya üçün Azərbaycanla münasibətlərin sınaq nöqtəsi olmamalıdır. Lakin Kremlin “körpüləri yandırmaq” siyasəti qarşıdurma motivinin görünəndən daha dərin olduğu, təkcə təyyarənin vurulması ilə yekunlaşmadığı versiyasını ön plana çıxarır.
Hazırda baş verənlər – Moskvanın təzyiq cəhdləri, Rusiyadakı azərbaycanlıların sıxışdırılması və s. 2013-cü ildə baş verən Orxan Zeylanov işini xatırladır. 2013-cü ilin prezident seçkiləri zamanı “Milyarderlər ittifaqı” ilə Əliyevə təzyiq etməyə çalışan Rusiya 9 oktyabrdan dərhal sonra miqrant kimi işləyən Zeynalovu qətl iddiası ilə həbs etdi - bu iddiada şübhəli məqamlar kifayət qədər idi, ardınca azərbaycanlılara qarşı kütləvi təzyiqlər başlandı. Zeylanov işi və onun ətrafında yaradılan səs-küy Bakı-Moskva xəttindəki pərdəarxası qarşıdurmada Kremlin istifadə etdiyi karta bənzəyirdi.
Rusiyanın yenidən klassik miqrant kartını işə salması və Azərbaycana qarşı analoji hücumları diqqəti qarşıdurma motivinin təkcə vurulan təyyarə ilə məhdudlaşmadığı, pərdəarxasında başqa nüansların da olduğu ehtimalına yönəldir. Mümkündür ki, burada Trampın gəlişindən sonra Rusiyanın postsovet məkanında nəzarəti gücləndirmək və “kəskin seçim” istəyi də rol oynayır.
Bu qarşıdurmada Rusiya nə qədər irəli gedə bilər?
Həmçinin oxuyun
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.