Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
10508
27.02.2025, 13:28
“Son zamanlar bizə ünvanlanan müraciətlər içərsində 5 uşaqlı ailələrə aylıq müavinətin ödənilib-ödənilməməsi ilə bağlı xeyli suallar var. Hazırda 5 uşağı olan valdeyinlər daha tez pensiyaya çıxmaq hüququna malikdir”.
Oxu24.com xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar:
“Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çox uşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi? “Sosial müavinətlər haqqında” Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinət ilə bağlı məlumatı olmayıbsa o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir”.
Deputat deyib ki, sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur:
Həmçinin oxuyun
“Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”.
Vüqar Bayramov bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:
“Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailənin aylıq müavinət almasına imkan yarada bilər”. (Qlobalinfo)
18:12 / 13 Dekabr 2025
11
18:02 / 13 Dekabr 2025
18
17:43 / 13 Dekabr 2025
440
17:09 / 13 Dekabr 2025
44
16:55 / 13 Dekabr 2025
200
15:58 / 13 Dekabr 2025
70
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
81
15:08 / 13 Dekabr 2025
2002
14:50 / 13 Dekabr 2025
77
14:38 / 13 Dekabr 2025
114
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
89
14:12 / 13 Dekabr 2025
297
13:14 / 13 Dekabr 2025
1611
13:07 / 13 Dekabr 2025
1116
12:58 / 13 Dekabr 2025
825
12:16 / 13 Dekabr 2025
1193
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
986
11:07 / 13 Dekabr 2025
451
10:25 / 13 Dekabr 2025
1194
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.