Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
29 Aprel 2025, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86Bakıda Azərbaycan və Qazaxıstan arasında sənədlər imzalanıb
SİYASƏT
270
03.03.2025, 14:10
Bu gün Azərbaycan və Qazaxıstan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.
Oxu24.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, sənədlər Azərbaycanın Baş naziri Əli Əsədov lə Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə Bakıda keçirilən görüşdə baş tutub.
Görüşdə Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.
Tərəflər prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.
Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı vurğulanıb.
İşğaldan azad edilmiş Füzuli şəhərində ötən ilin martında iki dövlət başçısının iştirakı ilə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstan Prezidentinə minnətdarlıq ifadə edilib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Hökumət başçıları 165 sənəddən ibarət çox geniş müqavilə-hüquq bazasında öz əksini tapmış ikitərəfli əməkdaşlığın möhkəm tarixini qeyd ediblər.
Tərəflər iqtisadi-ticari əməkdaşlığın yüksək səviyyədə olmasını alqışlayıblar. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib, eyni zamanda, iki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcminin artırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyəti təsdiqlənib. Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd edilib.
İnvestisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayan tərəflər qarşılıqlı faydalı layihələrə birgə investisiyaların dəstəklənməsi üçün birgə investisiya fondunun yaradılmasından məmnunluq ifadə ediblər.
Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi və qarşılıqlı tədarük həcminin artırılması məsələləri də müzakirə olunub.
Nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 % təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 % artıb.
Həmçinin oxuyun
Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.
Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.
Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.
Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş “Rəqəmsal İpək Yolu” strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.
Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.
Yaşıl enerji sahəsində əməkdaşlığın aktuallığı qeyd edilib. Ə.Əsədov bildirib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub.
Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunan hökumət başçıları fevral ayında İranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunun nəticələrini alqışlayıblar. Xəzər dənizinin dayazlaşması problemindən Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edən Ə.Əsədov Azərbaycan Prezidentinin Xəzər dənizinin dayazlaşmasının səbəblərini müəyyən etmək və dayandırmaq üçün tədbirlərin müəyyən edilməsi üzrə ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu baxımdan COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər mədəni-humanitar sahədə əməkdaşlığın inkişaf tempini müsbət qiymətləndirib və qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ənənəsinin bərpasını alqışlayıblar. Təhsil, elm, səhiyyə və idman sahələrində mübadilələrin uğurla həyata keçirildiyi qeyd edilib. Ə.Əsədov qazaxıstanlı idmançılara cari ilin sentyabr-oktyabr aylarında Gəncədə və Azərbaycanın digər şəhərlərində keçiriləcək III MDB Oyunlarında uğurlar arzulayıb. Qarşılıqlı turist axınının artım dinamikası müsbət qiymətləndirilib.
Hökumət başçıları Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
22:44 / 29 Aprel 2025
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər - FOTO
1
22:08 / 29 Aprel 2025
Ticarət artır, sərhəd genişlənir: İran-Azərbaycan əlaqələrində yeni iqtisadi müddət
4
21:52 / 29 Aprel 2025
14 hərbçimiz belə şəhid olubmuş — Vardanyanın məhkəməsində nələr üzə çıxdı?
166
21:12 / 29 Aprel 2025
May ayında təhlükəli günlər bu tarixdə -xəbərdarlıq
70
21:02 / 29 Aprel 2025
Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
30
21:01 / 29 Aprel 2025
Netanyahunun korteji qəzaya düşdü - FOTO
85
20:47 / 29 Aprel 2025
Çox şikayət edilən avtomobil markaları
77
20:39 / 29 Aprel 2025
Sabah bu ərazilərdə qaz olmayacaq
48
20:37 / 29 Aprel 2025
Rusiya ABŞ ilə “münasibətləri inkişaf etdirəcək”
29
20:32 / 29 Aprel 2025
Bayağı ifaçılara efirlərə qadağa qoyulub
2396
20:26 / 29 Aprel 2025
NATO-nun silahları Rusiyanın əlinə keçdi
35
20:22 / 29 Aprel 2025
Tramp Avstraliyanın ABŞ Abrams tanklarını Ukraynaya təhvil verməsini əngəlləyib
40
20:14 / 29 Aprel 2025
İstanbul zəlzələsindən sonra dağılan binaların sayı artıb
36
20:01 / 29 Aprel 2025
ABŞ Rusiya və Ukraynanı tələsməyə çağırır
37
19:46 / 29 Aprel 2025
Xocalı haqqında inşa yazmaqdan imtina etmişdi — Bu gün doğum günü olan şəhidimiz haqda faktlar
410
19:35 / 29 Aprel 2025
Nəfəs özünü ən böyük fanat kütləsi olan müğənni adlandırdı — VİDEO
149
19:31 / 29 Aprel 2025
İsrail HƏMAS-ı rədd edir və qoşun toplayır
42
19:29 / 29 Aprel 2025
"Tarqovıy"da restoran yanır
111
19:27 / 29 Aprel 2025
Lukaşenko Putini hamı ilə bölüşməyə hazırdır
46
19:17 / 29 Aprel 2025
Çində restoranda yanğın - 22 ölü, 3 yaralı
46
19:09 / 29 Aprel 2025
Aygün Əzizova canına qəsd etdi
401
19:06 / 29 Aprel 2025
Finlandiya prezidenti Rusiyaya Trampla oynamamağı tövsiyə edib
42
19:05 / 29 Aprel 2025
Siyasi partiya nümayəndələri Laçına səfər ediblər
44
19:00 / 29 Aprel 2025
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
129
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.