Azərbaycanla Çin arasında hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb
23 Aprel 2025, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86Türkiyə ABŞ-dən nə gözləyir?
SİYASƏT
291
07.03.2025, 16:41
Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması Ankaranın ABŞ-la bağlı gözləntilərindən xəbər verir.
Belə ki, o, ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmasını gözlədiklərini deyib.
“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə bunu yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, – deyə o bildirib.
Həqiqətən də Ankara Vaşinqtonun Suriyanı, xüsusilə də ölkənin YPG qruplaşmalarının nəzarətində olan şimal-şərq hissəsini tərk etməsini gözləyir. Hələlik qarşı tərəfdən reaksiya gəlməyib.
Donald Tramp birinci prezidentlik dövründə ABŞ qoşunlarının Suriyanı tərk etməsi qərarını vermişdi. Özü ilə yanaşı, Co Bayden hakimiyyəti zamanı bu proses böyük ölçüdə aparılırdı. Lakin daha sonra 400 nəfərlik qarnizonun qalması qərara alındı. Beləcə ABŞ tam olaraq Suriyanı tərk etmədi.
Vaşinqton əsasən YPG, dolayı yolla isə Suriyadakı neft yataqlarına nəzarəti itirməmək üçün bu addımı atdı. Həmçinin İran və Rusiyanın da bu ölkədəki nüfuzunu artırması riskini qərarda təsiredici faktor saymaq olar.
Həmçinin oxuyun
Suriyada Bəşər Əsəd rejimi devrilsə də, mərkəzi hakimiyyət tam qurulmayıb. Hətta vaxtaşırı Əsəd qüvvələri ilə mövcud hakimiyyət qüvvələri arasında toqquşmalar, lokal döyüşlər də baş verir. Türkiyəni isə əsasən YPG məsələsi narahat edir.
Əvvəl də dediyim kimi, YPG-nin dövlətləşməsi ABŞ tərəfindən tamamlanıb. Qruplaşmanın özünə aid ordusu və nəzarət etdiyi geniş ərazi var. Hətta Əsəd rejiminin devrilməsindən sonra yeni hakimiyyətlə danışıqlara da cəhd etdilər. Lakin Türkiyə İraqdan sonra Suriyada kürd muxtariyyətinin yaradılmasını istəmir. ABŞ və İsrail isə bu məsələdə fərqli düşünür.
Tramp-Ərdoğan münasibətləri müsbət olsa da, Suriya məsələsində liderlərin fikirləri ayrıdır. Yəni ABŞ YPG muxtariyyət əldə etmədən çətin ki, Suriyadan tam çıxsın. Bunu İsrail də istəmir. Çünki Təl-Əviv də son zamanlar Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir. Eyni zamanda ələvilər və durzilərə dəstəyi də məlumdur.
Nəticə etibarilə tezliklə ABŞ qoşunlarının Suriyadan çıxarılması mümkün görünmür. Bu məsələ də gələcəkdə Vaşinqtonla Ankara arasında gərginliyə səbəb ola bilər.
Müəllif: Politoloq Turan Rzayev
14:53 / 23 Aprel 2025
37 yaşlı kürəkənini bizlə qətlə yetirən qaynata həbs olunub
1
14:11 / 23 Aprel 2025
Türkiyədə güclü zəlzələ oldu
282
14:01 / 23 Aprel 2025
Dünyanın ən gözəl insanı odur — 62 yaşı var
21
13:48 / 23 Aprel 2025
Kəmaləddin Heydərov onu işdən çıxardı - FOTO
246
13:47 / 23 Aprel 2025
Sumqayıtda ata və anasını öldürən şəxsə ömürlük həbs cəzası verilib
21
13:15 / 23 Aprel 2025
Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb - SİYAHI
46
13:12 / 23 Aprel 2025
Avropa Rusiya qazına son qoyur
25
13:09 / 23 Aprel 2025
Benzinlə bağlı əhaliyə MÜHÜM XƏBƏR
360
13:07 / 23 Aprel 2025
ABŞ Ukraynanın sərtliyindən qorxur
23
13:04 / 23 Aprel 2025
Moldova agenti Ukrayna hərbi kəşfiyyatı ilə əlaqələrin təfərrüatlarını açıqlayıb
22
13:03 / 23 Aprel 2025
Netanyahunun Azərbaycana səfəri gözlənilir
28
12:44 / 23 Aprel 2025
Dolu düşəcək,qar yağacaq — Əhaliyə xəbərdarlıq
307
12:34 / 23 Aprel 2025
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin SİYAHISI
35
12:17 / 23 Aprel 2025
Leysanla bağlı xəbərdarlıq
37
11:59 / 23 Aprel 2025
70 tələbə bir yana, UNEC bir yana — Diplomlar niyə verilmir?
346
11:50 / 23 Aprel 2025
Bakıda ödənişsiz parklanma yerlərinin sayı artırılıb
77
11:32 / 23 Aprel 2025
SON DƏQİQƏ! Zaur Kərimov istefa verdi
633
11:31 / 23 Aprel 2025
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək
47
11:13 / 23 Aprel 2025
Azərbaycanla Çin arasında hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb
146
11:08 / 23 Aprel 2025
"Rus Evi"nin əməkdaşı həbs edilib
53
10:50 / 23 Aprel 2025
Zeynəbi öldürüb quyuya atdılar — Azərbaycanda dəhşətli cinayət
458
10:31 / 23 Aprel 2025
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı rusofobiyada ittiham edib
51
10:31 / 23 Aprel 2025
Azərbaycanda işsizlik azalacaq
59
10:26 / 23 Aprel 2025
İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
56
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.