Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
582
09.03.2025, 09:21
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən fövqəladə nazirlər toplantısı çərçivəsində türkiyəli həmkarı ilə görüşən İranın xarici işlər naziri Abbas Arakçı xəbərdarlıq edib ki, Suriyada təhlükəsizlik və qeyri-sabitlik yalnız İsrail rejiminin maraqlarına xidmət edəcək və terrorçulara və ekstremist qruplara azad fəaliyyət üşün fürsət verəcək.
Oxu24.com axar.az-a istinadən bildirir ki, Arakçı Suriyada baş verən son hadisələrə işarə edərək, Suriyanın yeni hakimiyyətinin cəmiyyətin bütün qrup və təbəqələrinin təhlükəsizliyini və həyatını qorumaq üçün məsuliyyət daşıdığını vurğulayıb.
O bildirib ki, İran və Türkiyə arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir və iki qonşu müsəlman ölkəsinin qarşılıqlı maraqlarına əsaslanır. Arakçı ikitərəfli münasibətlərin qorunmasının vacibliyinə toxunub.
Hakan Fidan da İran və Türkiyə arasında ikitərəfli əlaqələri vacib sayıb.
Qeyd edək ki, Latakiyada 6 martda keçmiş prezident Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıb və təhlükəsizlik qüvvələrinə hücum edərək, qətllər törədib. Bunun ardınca Suriya ordusu bölgəyə yeridilib, bir neçə kənd və Cəblə şəhəri nəzarətə götürülüb.
Son məlumata görə, hazırda döyüşlər Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahada gedir.
Həmçinin oxuyun
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.