Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1031
11.03.2025, 16:11
Nazirlər Kabineti “Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar”nı təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, meyarlar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarları müəyyən edir. Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Qərara əsasən, üfüqi sazişlərin bağlanılması nəticəsində Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla sazişin bağlanıldığı andan etibarən aşağıdakı hallardan azı ikisi müəyyən edildikdə həmin sazişlər rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən sazişlər hesab edilir:
- azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinin birgə bazar paylarının azı otuz beş faiz azalması və saziş iştirakçılarının birgə bazar paylarının müvafiq olaraq artması;
-azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərindən iyirmi faiz və ya daha çoxunun bazardan çıxması və müvafiq bazarda təmərküzləşmə səviyyəsinin yüksəlməsi;
- azı 120-365 gün ərzində müvafiq bazarda qiymətlərin istehlakçıların əleyhinə məqsədli və mütəmadi olaraq artması (aylıq inflyasiya səviyyəsinin qiymətlərə təsiri istisna olmaqla);
- azı 365 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olan təsərrüfat subyektlərinin tətbiq etdiyi qiymətlər arasında yüksək və müsbət korrelyasiyanın (korrelyasiya əmsalının 0.7-dən yüksək olması) müşahidə edilməsi;
- azı 120-365 gün ərzində müvafiq bazarda məhsul çeşidlərinin iyirmi faiz və ya daha çox azalması;
- alıcıların alıcı güclərindən istifadəsi nəticəsində satıcıların mənfəət marjalarının azı 90-180 gün ərzində məqsədli və mütəmadi olaraq azalmasına baxmayaraq, alıcıların mənfəət marjalarının yüksəlməsi;
Həmçinin oxuyun
- saziş iştirakçısı olan alıcılar tərəfindən satıcılara münasibətdə ümumi tələb həcminin 30 %-dən çox azaldılması və ya qiymətlərin satıcılar üçün rentabelli olmayan səviyyəyə endirilməsi və ya sabit saxlanılması;
- satıcılar tərəfindən alıcılara münasibətdə ümumi təklif həcminin iyirmi faizdən çox azaldılması və ya qiymətlərin alıcılar üçün rentabelli olmayan səviyyəyə yüksəldilməsi və ya sabit saxlanılması;
- azı 365-730 gün ərzində müvafiq bazarda innovasiyaların (bazarın tədqiqi və inkişafı xərclərinin, patent müraciətlərinin iyirmi faiz və ya daha çox azalması;
-təsərrüfat subyektləri arasında mübadilə edildiyi andan etibarən bazarın rəqabət strukturuna təsir edə bilmə potensialı olan məlumatların, o cümlədən qiymət, tələb və təklif həcmi, müştəri məlumatları (müştəri qrupları haqqında məlumatlar), xərclər, dövriyyə, satınalmalar, təsərrüfat subyektinin istehsal potensialı, marketinq planları, risklər barədə məlumatların, mövcud və planlaşdırılan investisiya məlumatlarının aşağıdakı şərtlərdən birinə cavab verməklə mübadilə edilməsi:
- Məcəllənin 13-cü maddəsi ilə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla saziş iştirakçısı olan təsərrüfat subyektləri arasında mövcud tarixə olan bu Sənədin 2.1.10-cu yarımbəndində nəzərdə tutulan məlumatların mütəmadi mübadilə edilməsi və mübadilə nəticəsində bazarda uyğunlaşdırılmış hərəkətlərin müşahidə edilməsi (belə məlumatlar keçmiş tarixə aid olduqda və mübadilə edilməsi nəticəsində uyğunlaşdırılmış hərəkətlərə yol verilmədikdə rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmur);
- Məcəllənin 13-cü maddəsi ilə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla saziş iştirakçısı olan təsərrüfat subyektləri arasında gələcək tarixə aid olan bu Sənədin 2.1.10-cu yarımbəndinin birinci abzasında nəzərdə tutulan məlumatların, o cümlədən endirim kampaniyalarının mübadilə edilməsi və mübadilə nəticəsində bazarda uyğunlaşdırılmış hərəkətlərin müşahidə edilməsi;
-rəqib və ya potensial rəqiblərin müvafiq bazarda səmərəli fəaliyyət göstərməsi və ya göstərə bilməsi ehtimalları qarşısında təsərrüfat subyektinin bazar payını qorumaq məqsədilə məhsul başına düşən xərcləri, qiymətləri, məhsul keyfiyyətini və digər bazar göstəricilərini mütəmadi şəkildə optimal vəziyyətdə saxlamasına səbəb olan bazar vəziyyətinin müvafiq bazarda saziş iştirakçısı olan təsərrüfat subyektləri arasında ortadan qalxması;
- azı 120-365 gün ərzində dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə məqsədli və mütəmadi olaraq növbəli iştirakın müşahidə edilməsi.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.