Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
548
18.03.2025, 11:02
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Oxu24.com xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.
Yeniləndi 11:02
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Oxu24.com bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Həmçinin oxuyun
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.
Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.
21:34 / 13 Dekabr 2025
1
21:21 / 13 Dekabr 2025
19
21:19 / 13 Dekabr 2025
21
21:15 / 13 Dekabr 2025
19
21:02 / 13 Dekabr 2025
23
20:49 / 13 Dekabr 2025
150
20:44 / 13 Dekabr 2025
43
20:36 / 13 Dekabr 2025
44
20:26 / 13 Dekabr 2025
52
20:01 / 13 Dekabr 2025
177
19:53 / 13 Dekabr 2025
61
19:21 / 13 Dekabr 2025
286
19:16 / 13 Dekabr 2025
93
18:32 / 13 Dekabr 2025
896
18:12 / 13 Dekabr 2025
154
18:02 / 13 Dekabr 2025
99
17:43 / 13 Dekabr 2025
1497
17:09 / 13 Dekabr 2025
99
16:55 / 13 Dekabr 2025
326
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
95
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2764
14:50 / 13 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.