Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
29 Aprel 2025, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86ABŞ son günlər Türkiyə, Azərbaycan, Ermənistan danışıqlarına müdaxilə edir - Politoloq Turan Rzayev
SİYASƏT
3413
27.03.2025, 15:21
Aydın məsələdir ki, Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları davam edir. Paralel olaraq isə Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına dair danışıqlar gedir.
Bu fikirləri politoloq Turan Rzayev Oxu24.com- a açıqlaması zamanı bildirib.
Əlavə olaraq, onu da qeyd edib ki, İrəvan-Bakı və İrəvan-Ankara danışıqları iki fərqli təmas kimi görünsə də, nəticə etibarilə eyni məqsədə xidmət edir: Regional sülhü təmin etmək, kommunikasiyaların açılmasına nail olmaq. Bununla belə demək lazımdır ki, həm Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarında, həm də Türkiyə-Ermənistan danışıqlarında son günlər müəyyən anlaşılmaz məqamlar var:
"Misal üçün, Ermənistan tərəfi Azərbaycanla danışıqların yekunlaşdığını, sülh sazişinin hazır olduğunu deyir. Azərbaycan tərəfi isə sülh sazişinin hazır olmasının sülhün əldə edilməsi mənasına gəlmədiyin deyir.
Digər bir məsələ isə 21 martda açılan Türkiyə-Ermənistan sərhəd qapısının 31 marta – yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı xəbəridir. Hərçənd Türkiyə tərəfi məsələ ilə bağlı rəsmi açıqlama versə də, rəsmi Bakının haqlı narahatlığı qalmaqdadır".
Politoloq onu da qeyd edir ki, bütün bu hadisələr fonunda diqqətçəkən bir məqam isə ABŞ-ın həm İrəvan-Bakı, həm də İrəvan-Ankara danışıqlarına marağının artmasıdır:
"Belə ki, ötən gün ABŞ dövlət katibi Marko Rubio öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb, bir neçə saat sonra isə Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
M.Rubio telefon danışığı zamanı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də regional gündəliklə bağlı məsələləri müzakirə ediblər. Paşinyan isə dövlət katibinə danışıqlar prosesini (Azərbaycanla – red.) təqdim edib və “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırıldığı haqda məlumat verib. Baş nazir vurğulayıb ki, saziş layihəsi imzalanmağı gözləyir. Hər nə qədər açıqlanmasa da, Paşinyanın Rubio ilə telefon danışığında İrəvanla Ankara arasında dialoq barədə söhbət etdiyi də istisna deyil.
Əslində məsələyə baxdıqda belə bir vəziyyət ortaya çıxır:
1. Ermənistan həm Azərbaycanla sülh müqaviləsi imzalamaq, həm də Türkiyə ilə sərhədin açılmasını istəyir. Lakin Azərbaycana hər hansı dəhlizin verilməsini istəmir.
2. Türkiyə Ermənistan ilə başda iqtisadi əlaqələr olmaqla bütün əlaqələri bərpa etmək istəyir. Lakin müttəfiqi Azərbaycanın incik düşməsini, münasibətlərə xələl gəlməsini istəmir. Buna görə də Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalamasını istəyir.
Həmçinin oxuyun
3. ABŞ Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazır olduğunu bilir, imzalamasını istəyir. Özü də prosesdə bu və ya başqa formada iştirak etmək istəyir. Sülh olarsa ABŞ Ermənistandakı hərbi varlığını daha da artıra bilər. Bunun üçün isə Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmalıdır.
4. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Lakin narahatlıqları və ehtiyat etdiyi məqamlar var. Rəsmi Bakı hər şeydən öncə Ermənistana inanmır. Bu ölkədə siyasi proseslərin sürətlə dəyişməsi İrəvanın zəif iradə nümayiş etdirib hər dəfəsində böyük güclərin oyunlarına alət olması, ən əsası da revanşizm, ultra-milliyyətçilik kimi ideoloji problemlərin qalması Bakını sülh sazişindən əlavə tələblər irəli sürməyə vadar edir. Misal üçün, Naxçıvana təhlükəsiz keçidin təmini üçün Zəngəzurun dəhliz əsasında açılması, gələcəkdə yeni müharibələrin, işğal cəhdinin qarşısını almaq üçün isə Ermənistan konstitusiyasındakı müvafiq bəndlərin dəyişməsini tələb edir.
ABŞ dövlət katibi Marko Rubionun təmaslarından görünür ki, Vaşinqton sülhə və təhlükəsizliyə qarant olmaq istəyir. Azərbaycan üçün ABŞ-ın təkbaşına qarant olması kifayət deyil. Buna görə mümkündür ki, Türkiyənin də prosesdə iştirakı şərt kimi irəli sürülsün. Lakin bu da hələ son deyil. Təbii ki, bir də Rusiya faktoru var".
Rusiya da ən az ABŞ kimi Ermənistan ilə Azərbaycan arasında sülhün qaçılmaz olduğunun fərqindədir:
"Moskva da Vaşinqton kimi sülhün onun moderatorluğunda əldə edilməsini istəyir. Hətta bu istiqamətdə konkret addım da atıb. Söhbət 9 may tarixində baş tutacaq Qələbə paradına həm İlham Əliyevin, həm də Nikol Paşinyanın dəvət edilməsindən gedir.
Göründüyü kimi, kifayət qədər qəliz, bir o qədər də maraqlı proseslər yaşanır. Lakin məsələnin həllinə dair müəyyən fikir irəli sürmək olar".
Bütün tərəflərin ortaq marağı olacaq bir təklif yaratmaq mümkündür:
1. Ermənistan ilə Azərbaycan arasında sülh tərəfsiz bir ölkədə Rusiya, ABŞ və Türkiyənin qarantorluğunda imzalana bilər. Xüsusilə Moskva və Vaşinqton Ukrayna məsələsində ortaq məxrəcə gəlsə, bu məsələ daha tez reallaşa bilər. ATƏT üçlüsündən fərqli olaraq Türkiyənin də üçüncü qarantor ölkə olması Bakını sülhə daha da həvəsləndirə bilər.
2. Zəngəzur məsələsi dəhliz formatında açılmalıdır. Əslində bunun alternativi yoxdur. Lakin dəhlizə nəzarət ABŞ, Rusiya, Türkiyə sülhməramlılarına buraxıla bilər. Beləcə, nə Ermənistanın narahat olduğu kimi Azərbaycan dəhlizə nəzarət edər, nə də Bakının narahat olduğu kimi buradan keçəcək TIR-lara, mülki şəxslərə hücumlar ola bilər".
Hər halda bütün bunlar təklif xarakteri subyektiv fikirlər və versiyalardır. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək deyə politoloq əlavə edib.
PƏRVİN ŞAKİRQIZI
23:59 / 29 Aprel 2025
Keçid balı ən az olan ixtisaslar - siyahı
1
23:32 / 29 Aprel 2025
Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin videosu
26
22:52 / 29 Aprel 2025
Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşdı - Fotolar
26
22:44 / 29 Aprel 2025
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər - FOTO
47
22:08 / 29 Aprel 2025
Ticarət artır, sərhəd genişlənir: İran-Azərbaycan əlaqələrində yeni iqtisadi müddət
26
21:52 / 29 Aprel 2025
14 hərbçimiz belə şəhid olubmuş — Vardanyanın məhkəməsində nələr üzə çıxdı?
272
21:12 / 29 Aprel 2025
May ayında təhlükəli günlər bu tarixdə -xəbərdarlıq
135
21:02 / 29 Aprel 2025
Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
56
21:01 / 29 Aprel 2025
Netanyahunun korteji qəzaya düşdü - FOTO
132
20:47 / 29 Aprel 2025
Çox şikayət edilən avtomobil markaları
113
20:39 / 29 Aprel 2025
Sabah bu ərazilərdə qaz olmayacaq
68
20:37 / 29 Aprel 2025
Rusiya ABŞ ilə “münasibətləri inkişaf etdirəcək”
43
20:32 / 29 Aprel 2025
Bayağı ifaçılara efirlərə qadağa qoyulub
2597
20:26 / 29 Aprel 2025
NATO-nun silahları Rusiyanın əlinə keçdi
50
20:22 / 29 Aprel 2025
Tramp Avstraliyanın ABŞ Abrams tanklarını Ukraynaya təhvil verməsini əngəlləyib
56
20:14 / 29 Aprel 2025
İstanbul zəlzələsindən sonra dağılan binaların sayı artıb
48
20:01 / 29 Aprel 2025
ABŞ Rusiya və Ukraynanı tələsməyə çağırır
49
19:46 / 29 Aprel 2025
Xocalı haqqında inşa yazmaqdan imtina etmişdi — Bu gün doğum günü olan şəhidimiz haqda faktlar
538
19:35 / 29 Aprel 2025
Nəfəs özünü ən böyük fanat kütləsi olan müğənni adlandırdı — VİDEO
204
19:31 / 29 Aprel 2025
İsrail HƏMAS-ı rədd edir və qoşun toplayır
51
19:29 / 29 Aprel 2025
"Tarqovıy"da restoran yanır
139
19:27 / 29 Aprel 2025
Lukaşenko Putini hamı ilə bölüşməyə hazırdır
56
19:17 / 29 Aprel 2025
Çində restoranda yanğın - 22 ölü, 3 yaralı
56
19:09 / 29 Aprel 2025
Aygün Əzizova canına qəsd etdi
454
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.