Prezidentdən yeni təyinat — SƏRƏNCAM
15 May 2025, 13:14
Qaynar xətt:
(+99450) 247 90 86Siyasi partiya nümayəndələri Laçına səfər ediblər
SİYASƏT
161
29.04.2025, 19:05
Prezident Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-də həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər.
Oxu24.com xəbər verir ki, səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.
Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Vətənpərvər qüvvələri birləşdirən əsas amilin milli maraqlar və dövlətçilik mövqeyi olduğunu bildirən Ədalət Vəliyev bildirib ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açıb.
Həmçinin oxuyun
Suverenliyin tam bərpasının Azərbaycan tarixinin mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsi olduğunu xüsusi vurğulayan Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.
Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
16:24 / 15 May 2025
SON DƏQİQƏ! ATV kanalı rəsmi açıqlama yaydı: Zaurla Günay...
1
16:10 / 15 May 2025
“Səs rejissoru” olan şəhid — Bu gün onun doğum günüdür
24
15:57 / 15 May 2025
“Səba” külli miqdarda borca düşdü - Rəhbəri dəyişdi
9
15:37 / 15 May 2025
“Prezident Azərbaycan Ordusunun fəaliyyətindən razıdır” - Zakir Həsənov
18
15:34 / 15 May 2025
Rusiya Ukraynaya yeni hücuma hazırlaşır
24
15:14 / 15 May 2025
Lavrovun Ermənistana səfərinə hazırlıq görülür
32
15:05 / 15 May 2025
Rusiya Ukrayna danışıqlarını təxirə sala bilər
39
14:55 / 15 May 2025
Dünyanın ən kasıb, ən əzabkeş prezidenti – o, 12 il təkadamlıq kamerada saxlanılıb
82
14:54 / 15 May 2025
Mehriban Xanlarovadan sensassion paylaşım:"Sənə son 24 saat vaxt veririk!"
333
14:39 / 15 May 2025
Azərbaycanda yüksək vəzifəli şəxsə AĞIR İTKİ - FOTO
278
14:35 / 15 May 2025
Belarus Avropa ilə silahlanma yarışındadır
44
14:29 / 15 May 2025
Yeni virus yayılır
54
14:20 / 15 May 2025
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
65
14:20 / 15 May 2025
Netanyaho Tramp münasibətləri nə yerdədir?
46
14:12 / 15 May 2025
Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi
57
14:05 / 15 May 2025
Tramp İranın dronlarından danışdı
57
14:03 / 15 May 2025
Atası ilə qardaşını yanğından xilas etmək istədi, həyatından oldu - Foto
54
13:59 / 15 May 2025
Zelenskinin təyyarəsi Ankaraya eniş edib
56
13:56 / 15 May 2025
Azərbaycan əhalisinin sayı açıqlanıb
62
13:14 / 15 May 2025
Prezidentdən yeni təyinat — SƏRƏNCAM
1048
13:06 / 15 May 2025
Müğənniyə "Vətən müharibəsi iştirakçısı" medalını kim verib? — Qalmaqal
142
13:00 / 15 May 2025
14 yaşlı Nərminənin ölümündə həkimlərin səhvi olub...
93
12:41 / 15 May 2025
Azərbaycan əhalisinin gəlirləri 7 % artıb
63
12:33 / 15 May 2025
SON DƏQİQƏ! Bakıda tanınmış qadın müğənni həbs edildi
1638
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.