Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86Prezident Sumqayıt Kimya Sənaye Parkında - Fotolar
SİYASƏT
140
30.04.2025, 14:36
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.
Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.
Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.
Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.
Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirilib ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb.
Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.
Dövlət başçısı zavodu işə salıb.
Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.
Həmçinin oxuyun
Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.
Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.
***
Prezident İlham Əliyev, həmçinin “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib.
“Az-Tex-İmport” MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlət başçısı tərəfindən qoyulub.
Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.
Dövlət başçısı müəssisəni işə salıb.
Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. “Az-Tex-İmport” MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.
Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.
Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.
20:33 / 13 May 2025
Seyidlər və onların nəslindən olan şəxslər İslamda hansı mövqeyə sahibdir?
10
20:23 / 13 May 2025
İmmuniteti gücləndirən möcüzə – Qırmızı kələmin FAYDALARI
9
20:20 / 13 May 2025
Jalə Həsənlinin adından pul qazanan “oğlan” ifşa edildi
11
20:17 / 13 May 2025
Tramp Suriya prezidenti ilə görüşəcək
11
20:12 / 13 May 2025
FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub
19
19:59 / 13 May 2025
Qətər prezidenti Boeing ABŞ-da narahatlıq yaradır
21
19:51 / 13 May 2025
Qanunsuz aborta görə cəza sərtləşdirilir
27
19:48 / 13 May 2025
Rusiya rəsmən açıqladı: Ukrayna ilə əlaqə var
32
19:42 / 13 May 2025
İki vəzifəyə təyinat oldu - FOTOLAR
197
19:32 / 13 May 2025
Yeni hərbi prokuror bu məmurun kürəkəni imiş
1228
19:19 / 13 May 2025
Sabirabadda bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız ölüb
28
19:10 / 13 May 2025
Zakir Həsənov onunla görüşdü
34
19:10 / 13 May 2025
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Rusiyaya qarşı sanksiyaların mümkün sərtləşdirilməsinə münasibət bildirib
30
18:59 / 13 May 2025
ABŞ Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə edir
28
18:47 / 13 May 2025
NATO Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşdən gözləntilərini bölüşüb
27
18:26 / 13 May 2025
Saleh Səmədov həmin hərəkətinə görə vəzifəsindən azad edildi
98
18:22 / 13 May 2025
Bu rayonlarda qaz olmayacaq — XƏBƏRDARLIQ
249
18:18 / 13 May 2025
Baş Prokurorluq açıqlama yaydı
48
18:05 / 13 May 2025
Pakistan Hindistanla atəşkəs razılaşmasına əməl edəcəyinə söz verib
49
18:04 / 13 May 2025
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
53
17:55 / 13 May 2025
Qaz olmayacaq
50
17:51 / 13 May 2025
Rusiyadan uçan təyyarədə dəhşət: Qadın öldü
63
17:45 / 13 May 2025
Serbiya Avropa Birliyinə daxil olmağı sürətləndirmək istəyir
56
17:35 / 13 May 2025
Hadisə yerinə baxış nədir?
49
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.