Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
290
16.05.2025, 14:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.
Oxu24.com xəbər verir ki, Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkənin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkənin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək ölkəsinin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı ölkəsi ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.
Ölkəsinin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlət başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.
Həmçinin oxuyun
Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub.
Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.
Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunulub, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.