Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1122
30.05.2025, 12:33
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Sərəncama əsasən Nazirlər Kabineti nəzərdə tutulan layihələr hazırlanarkən 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunmasını, qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını təmin etməlidir. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sərəncamda qeyd edilib ki, sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayəb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.
Həmçinin oxuyun
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.