Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1027
30.05.2025, 20:08
Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Yeni dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:
– İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,
– Beş min manatdan yeddi min manatadək cərimə,
Həmçinin oxuyun
– Yaxud iki ilədək islah işləri,
– və ya iki ilədək azadlığın məhdudlaşdırılması,
– Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən digər bir dəyişikliklə, orqanizmin funksiyalarının 61–100%-i dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara ictimai işlərin tətbiqi qadağan edilib. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu məhdudiyyət yalnız 18 yaşınadək əlilliyi olan şəxsləri əhatə edirdi.
21:58 / 13 Dekabr 2025
67
21:34 / 13 Dekabr 2025
327
21:21 / 13 Dekabr 2025
42
21:19 / 13 Dekabr 2025
48
21:15 / 13 Dekabr 2025
42
21:02 / 13 Dekabr 2025
43
20:49 / 13 Dekabr 2025
235
20:44 / 13 Dekabr 2025
54
20:36 / 13 Dekabr 2025
53
20:26 / 13 Dekabr 2025
61
20:01 / 13 Dekabr 2025
221
19:53 / 13 Dekabr 2025
73
19:21 / 13 Dekabr 2025
345
19:16 / 13 Dekabr 2025
103
18:32 / 13 Dekabr 2025
961
18:12 / 13 Dekabr 2025
163
18:02 / 13 Dekabr 2025
108
17:43 / 13 Dekabr 2025
1649
17:09 / 13 Dekabr 2025
105
16:55 / 13 Dekabr 2025
338
15:58 / 13 Dekabr 2025
114
15:47 / 13 Dekabr 2025
103
15:39 / 13 Dekabr 2025
125
15:08 / 13 Dekabr 2025
2871
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.